Sorğu
Оцените работу движка

04 Okt 09:44Olke

ANAMA cəbhəboyu əraziləri mərmilərdən təmizləyir - FOTO

ANAMA cəbhəboyu əraziləri mərmilərdən təmizləyir - FOTO


Oktyabrın 2-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Şəmkir və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 33 müraciət daxil olub.

ANAMA-dan verilən məlumata görə, daxil olmuş çağırışlar əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Kürdlər, Minaxorlu, Ağabəyli, Bayat, Yuxarı Qiyaməddinli kəndləri, Hindarx qəsəbəsi və Sadıqov küçəsi, Beyləqan rayonu, Bərdə rayonunun Şahvəlilər kəndi, Cəbrayıl rayonu, Füzuli rayonunun Əhmədalılar kəndi və Horadiz qəsəbəsi, Goranboy rayonunun Xanqərvənd, Yenikənd və İrəvanlı kəndləri, Tərtər rayonunun Səhləbad, Borsunlu kəndləri, N.İsgəndərov və Cavanşir küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 33 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 21 ədəd partlamış mərmi qalıqları aşkar olunub. Həmçinin Agentliyin partlayış qrupu tərəfindən dörd ədəd raket yerində işarələnib və növbəti iş günü qazılması həyata keçiriləcək.





Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi