Sorğu
Оцените работу движка

02 Okt 13:42Olke

Azərbaycanda ezam olunanların xərcləmədiyi nağd pul vəsaiti ezamiyyətdən sonra vergi ödəyicisinə qaytarılacaq

Azərbaycanda ezam olunanların xərcləmədiyi nağd pul vəsaiti ezamiyyətdən sonra vergi ödəyicisinə qaytarılacaq
“Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası” təsdiq edilib.

APA-ya istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti qərar verib. Qayda vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması formasını tənzimləyir. Bu Qayda Mərkəzi Banka, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlara və kredit təşkilatlarına şamil edilmir.

Qaydada bildirilir ki, bank hesabından çıxarılan pul vəsaitinin təyinatı nağd pulun alınmasında istifadə edilən çek kitabçasında, habelə bankın məxaric orderində göstərilən təyinatlar (mal və xidmətlərin alınması üçün, əməkhaqqı və ona bərabər tutulan ödənişlər üçün və digər) üzrə müəyyən ediləcək.

Vergi ödəyicilərinin bank hesablarından çıxardıqları və digər mənbələrdən aldıqları nağd pul vəsaitləri bu Qayda ilə müəyyən edilmiş qaydada kassaya mədaxil edildikdən sonra kassa məxaric orderində təyinatı göstərilməklə məxaric edilir. Vergi ödəyicisinin kassasına nağd pul vəsaitləri malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əldə edilən pul vəsaitlərindən, bank hesablarından məxaric edilmiş pul vəsaitlərindən, təsisçidən və digər şəxslərdən alınmış borclardan, verilmiş borcların (o cümlədən, təhtəlhesab şəxslərə verilmiş vəsaitlərin) qaytarılmasından, malların (işlərin, xidmətlərin) təqdim edilməsinə görə alınmış avanslardan, məhkəmə qərarları əsasında həyata keçirilmiş ödənişlərdən, işçi heyətinə artıq ödənilmiş pul vəsaitlərinin qaytarılmasından və s. mənbələrdən mədaxil ediləcək. Qeyd olunan pul vəsaitlərinə görə tərtib edilən kassa mədaxil orderində pul vəsaitlərinin təyinatı göstəriləcək.

Pul vəsaiti vergi ödəyicisinin səlahiyyət verdiyi şəxs və ya fərdi sahibkarın özü tərəfindən bank hesabından nağd qaydada çıxarıldığı halda, pul vəsaitləri həmin gün ərzində vergi ödəyicisi tərəfindən kassa mədaxil orderi tərtib olunmaqla kassaya mədaxil ediləcək. Kassa mədaxil orderində əks etdirilən bank hesabından nağd çıxarılmış pul vəsaitinin məbləği pulun alınmasında istifadə edilən çekin kötüyündə və bank hesabının çıxarışında göstərilən məbləğlə uyğun olmalıdır. Kassadan pul vəsaitləri məxaric edilərkən, pul vəsaitlərini alan şəxs kassa məxaric orderini imzalamaqla yanaşı həmin məbləğin alınması barədə orderdə qeyd aparır. Kassa məxaric orderinə əlavə edilən ödəniş sənədləri müvafiq olaraq vergi ödəyicisinin rəhbəri, fərdi sahibkar, baş mühasib və ya onların səlahiyyətli nümayəndələri, habelə xəzinədar (və ya bu vəzifə həvalə olunmuş şəxs) və pulu alan şəxslər tərəfindən imzalanacaq.

Vergi ödəyicisinin kassasından təhtəlhesab şəxslərə (müəssisənin hər hansı "xırda" xərclərini ödəmək üçün kassadan pul alan müəssisənin işçləri) nağd pul (avans) 5 (beş) iş günündən çox olmayan (ezamiyyə xərcləri istisna olmaqla) müddətə verilir. Təqvim ayı ərzində təhtəlhesab şəxslərə verilən pul vəsaitlərinin ümumi məbləği “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilən hədlərlə məhdudlaşdırılır (həmin Qanunun 3.5-ci maddəsində göstərilən malların alışı, habelə vergilərin, gömrük rüsumlarının, yığımların ödənilməsi və bank hesabına pul vəsaitinin mədaxil olunması üçün təhtəlhesab şəxslərə verilən pul vəsaitlərinin ümumi məbləği istisna olmaqla).

Təhtəlhesab şəxslər tərəfindən alınmış avanslara görə məxaric sənədlərində göstərilən müddət ərzində, lakin 5 iş günündən gec olmayaraq və ya həmin müddətin sonuncu günü onların xərclənməsi barədə mühasibatlığa avans hesabatı təqdim ediləcək. Təhtəlhesab şəxsə verilmiş pul vəsaitlərinin müddət gözlənilmədən qaytarılması tələb edilə biləcək. Pul vəsaitinin müddət gözlənilmədən qaytarılması tələb edilmədiyi halda, məxaric sənədində göstərilən müddətin sonuncu günündə pul qalığı kassaya qaytarılacaq. Təhtəlhesab şəxsin avans hesabatına pul vəsaitinin xərclənən hissəsi üçün malların alışını (işlərin və ya xidmətlərin qəbulunu) və pul vəsaitlərinin ödənişini təsdiq edən elektron qaimə-faktura, qəbzlər, alış aktları, elektron alış aktları, təhvil-qəbul aktları və digər təsdiqedici sənədlər əlavə edilcək.

Ezam olunan şəxslərə verilən və xərclənməyən nağd pul ezamiyyət müddəti başa çatdıqdan sonra ən geci 3 iş günü ərzində avans hesabatı təqdim edilməklə, vergi ödəyicisinin kassasına qaytarılacaq. Fərdi sahibkar bank hesabından nağd qaydada çıxarılan pul vəsaitini şəxsi məqsədlər üçün istifadə etmək niyyətindədirsə, əvvəlcə həmin pul vəsaiti sahibkarın kassasına mədaxil edilir və pul vəsaitlərinin təsərrüfat əməliyyatlarından kənar fəaliyyəti üçün götürülməsi ilə bağlı kassa məxaric orderi tərtib ediləcək. Vergi ödəyicisinin bank hesablarındakı pul vəsaitləri onun sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə, kassadan pul vəsaitinin məxarici Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 964-cü maddəsinin tələbləri və həmin Məcəllənin 965-ci maddəsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi nəzərə alınmaqla həyata keçiriləcək.

Kassa əməliyyatları üzrə tərtib olunmuş bütün mədaxil və məxaric sənədlərində vergi ödəyicisinin rəhbəri və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri, xəzinədarı, habelə nağd pul alan və ya nağd pul verən şəxslər imza edəcəklər. Kassaya nağd pul vəsaitləri vergi ödəyicisinin və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onun səlahiyyətli nümayəndəsi, habelə xəzinədarı tərəfindən imzalanmış ciddi hesabat blankı olan kassa mədaxil orderi vasitəsilə mədaxil ediləcək və pulu kassaya verən şəxsə xəzinədar tərəfindən möhürlə təsdiqlənmiş kassa mədaxil orderinin qəbzi veriləcək.

Kassa mədaxil orderinə onu tərtib etmək üçün əsas olan sənədlər əlavə olunacaq. Kassadan nağd pul vəsaitləri vergi ödəyicisinin rəhbəri və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri, habelə xəzinədarı və pulu qəbul edən şəxs tərəfindən imzalanmış kassa məxaric orderi və ona əlavə edilmiş sənədlər əsasında veriləcək. Kassa məxaric orderi vergi ödəyicisinin və ya onun müvafiq struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri, habelə xəzinədarı və pulu qəbul edən şəxslər tərəfindən imzalanacaq. Kassadan bir neçə sənəd əsasında ödənişlər aparılarkən, bu sənədlərin ümumi yekunu üzrə bir kassa məxaric orderi tərtib ediləcək.

Kassa məxaric orderi ilə vergi ödəyicisinin işçisi olmayan şəxslərə fərdi qaydada pul vəsaiti verildikdə, kassa məxaric orderinin “Sənəd” rekvizitində pul alanın şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, verildiyi yer və tarix yazılacaq. Xəzinədar nağd pul vəsaitini yalnız kassa məxaric orderində və ya ona əlavə edilən etibarnamədə göstərilən şəxslərə verə bilər. Əgər nağd pul etibarnamə əsasında kassa məxaric orderi ilə verilərsə, orderdə pul alan şəxsin adı, soyadı və atasının adından sonra pulun alınması etibar edilən şəxsin adı, soyadı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, verildiyi yer və tarix yazılacaq. Nağd pul etibarnamə ilə ödəniş cədvəlləri əsasında verilərsə, xəzinədar pulun alınması üçün imza edilməmişdən əvvəl “etibarnamə ilə” sözünü və pulu alan şəxsin şəxsiyyətini təsdiq edən sənədin adını, seriyasını və nömrəsini yazacaq. Etibarnamənin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti xəzinədarda qalır və kassa məxaric orderinə əlavə ediləcək.

Bankdan müxtəlif məqsədlər üçün alınmış vəsaitlərin ödəniş müddəti bitdikdə, xəzinədar tərəfindən həmin pul vəsaitləri ilə bağlı aşağıdakı işlər icra olunacaq:

Ödəniş cədvəlində pulunu almayan şəxsin adına qeyd olunan məbləğin qarşısındakı “İmza” qrafasına xəzinədar tərəfindən “Deponentləşdirilib” sözü yazılır və ya mətbəə üsulu ilə hazırlanmış “Deponentləşdirilib” ştampı vurulacaq; deponent olunmuş məbləğ üçün reyestr tərtib ediləcək; ödəniş cədvəlinin sonunda faktiki olaraq ödənilən və ödənilməyən deponentləşdirilən məbləğlər barədə qeydlər edilir, bu məbləğlər ödəniş cədvəlinin ümumi cəmi məbləği ilə üzləşdirilir və qeydlər xəzinədarın imzası ilə təsdiq olunacaq. Kassa mədaxil və məxaric orderləri üzrə məbləğlər gün ərzində kassa kitabında qeydə alınacaq. Ödəniş cədvəlləri üzərində xəzinədar tərəfindən edilən qeydlər, ödənilən və deponentləşdirilən məbləğlər mühasibatlıqda əsaslı surətdə yoxlanılacaq.

Deponentləşdirilmiş və banka təhvil verilmiş məbləğlər üçün bir ümumi kassa məxaric orderi tərtib olunacaq. Deponentləşdirilmiş məbləğlər üçün tərtib olunmuş reyestr həmin kassa məxaric orderinə əlavə ediləcək. Kassa mədaxil orderi və onların qəbzləri, həmçinin kassa məxaric orderi və ona əlavə edilən ödəniş sənədləri mürəkkəbli və ya diyircəkli qələmlə, yaxud kompüterlərdə və ya digər müasir hesablama texnikalarında dürüst və aydın formada doldurulacaq. Həmin sənədlərdə heç bir düzəlişə yol verilməyəcək. Kassa mədaxil orderi blanklarının cırılmasına, pozuntuların aparılmasına, ləkələnməsinə, habelə kassa mədaxil və məxaric orderlərinin üzərində düzəlişlərin edilməsinə yol verilmir (korlanmış blankların əvəzinə başqaları doldurulur). Korlanmış kassa mədaxil orderi blankları ciddi hesabat blankları üçün müəyyən edilmiş qaydada ləğv olunacaq. Kassa məxaric orderləri yazıldıqdan, rəhbər və baş mühasib tərəfindən imzalandıqdan sonra icra üçün xəzinədara veriləcək. Gün ərzində müvafiq qaydada istifadə edilmiş (rəsmiləşdirilmiş) kassa mədaxil və məxaric orderləri üzrə reyestr tərtib edildikdə, həmin reyestrlərin yekun məbləğləri kassa kitabına işləniləcək. Reyestrlərdə kassa mədaxil və məxaric orderlərinin nömrələri, tarixləri və məbləğləri yazılaraq gün ərzində mədaxil və məxaric əməliyyatları üzrə yekun məbləğləri göstəriləcək.

Xəzinədar kassa mədaxil və məxaric orderlərini və ya onlara əlavə edilən kassa sənədlərini alan zaman aşağıdakıları yoxlayacaq:

Ödəniş sənədlərində rəhbərin, baş mühasibin və ya onların səlahiyyətli nümayəndələrinin imzalarının mövcudluğunu və özündə olan imza nümunəsi ilə uyğunluğunu; ödəniş sənədlərinin düzgün tərtib edilməsini və yekun məbləğlərin doğruluğunu; kassa sənədlərində sadalanan əlavələrin mövcudluğunu.

Bu tələblərin hər hansı birinə riayət olunmadıqda, xəzinədar həmin sənədləri icra etmədən mühasibatlığa qaytaracaq. Mədaxil və məxaric orderləri ilə və ya onlara əlavə edilən sənədlərlə pul alındıqdan və ya verildikdən sonra bu sənədlər tarix (gün, ay, il) göstərilməklə dərhal xəzinədar tərəfindən imzalanacaq, onlara əlavə edilən ödəniş sənədlərinə ştamp vurulur və ya tarix (gün, ay, il) göstərilməklə “Ödənilib” qeyd ediləcək. Pul vəsaitlərinin hərəkəti bu Qaydaya uyğun olaraq uçot sənədləri (kassa kitabı, kassa mədaxil və məxaric orderləri, qəbzlər, çeklər, bank ödəniş sənədi, elektron qaimə-faktura, alış aktları, elektron alış aktları, təhvil-qəbul aktları və digər təsdiqedici sənədlər) ilə rəsmiləşdirilmədikdə və ya həmin sənədlər mövcud olmadıqda, bu hallar pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması kimi qiymətləndiriləcək.

Vergi ödəyicilərində bütün növ pul vəsaitləri (valyutaları) üzrə aparılan kassa əməliyyatları üçün müəyyən olunmuş formada ayrıca kassa kitabı açılacaq. Həmin kitablarda bütün mənbələr hesabına kassa əməliyyatları üzrə pul vəsaitlərinin hərəkəti əks etdiriləcək. Kassa kitabı qaytanlanacaq, onun vərəqi iki hissədən (ikinci hissə xəzinədarın hesabatı sayılır) ibarət olduğundan, hər iki hissə eyni nömrə ilə nömrələnir, səhifələrin sayı vergi ödəyicisinin və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri tərəfindən imzalanaraq möhürləndikdən sonra istifadə üçün xəzinədara veriləcək.

Kassa kitabının vərəqləri diyircəkli və ya mürəkkəbli qələmlə doldurulacaq, vərəqin ikinci hissəsi kəsilərək xəzinədarın hesabatı kimi bütün təsdiqedici sənədlərlə birlikdə baş mühasibə təhvil veriləcək və kassa kitabının özü (vərəqin birinci hissəsi) kassada saxlanılacaq. Kassa kitabında qeydsiz düzəlişə yol verilməyəcək. Qeydli düzəlişlər isə xəzinədar, baş mühasib və ya onu əvəz edən şəxslərin imzaları ilə müvafiq qaydada təsdiq ediləcək. Xəzinədar gün ərzində kassa mədaxil və məxaric orderləri üzrə məbləğləri kassa kitabında qeydiyyatdan keçirir, aparılan əməliyyatları yekunlaşdırır, növbəti günün əvvəlinə kassada nağd pul qalığını çıxaracaq və hər gün üçün kassa hesabatını vergi ödəyicisinin baş mühasibinə təhvil verəcək. Baş mühasibə təqdim olunmuş kassa hesabatı onun tərəfindən yoxlanılaraq qəbul ediləcək. Kassa kitabının düzgün tərtib edilməsinə və kassa əməliyyatlarının aparılmasına baş mühasib nəzarət edəcək.

Kassa mədaxil orderi olmadan kassaya nağd pul mədaxil və ya kassa məxaric orderi olmadan kassadan nağd pul məxaric edilməyəcək. Xəzinədar kassa (pul) sənədlərində imza etmək səlahiyyəti olan vəzifəli şəxslərin və ya onların səlahiyyətli nümayəndələrinin imza nümunələri ilə və kassa (pul) sənədlərinin rəsmiləşdirilməsində istifadə edilməsi nəzərdə tutulmuş möhürlə (ştampla) vergi ödəyicisinin və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri tərəfindən təmin ediləcək. Vergi ödəyicisinə aid olmayan nağd pul və başqa qiymətlilər onun kassasında saxlanılmayacaq. Xəzinədar işə qəbul edildikdən sonra vergi ödəyicisinin və ya müvafiq struktur bölmənin rəhbəri onu kassa əməliyyatlarının aparılması qaydaları ilə rəsmi tanış edir və onunla müəyyən olunmuş qaydada tam maddi məsuliyyət haqqında fərdi müqavilə bağlayacaq. Xəzinədar tərəfindən ona həvalə edilmiş işlər yalnız onun tərəfindən icra ediləcək.

Vergi ödəyicilərində xəzinədarın əvəz edilməsi zamanı onun vəzifəsinin icrası vergi ödəyicisinin rəhbərinin əmri ilə başqa işçiyə həvalə ediləcək. Xəzinədar vəzifəsinin icrası həvalə edilmiş işçi ilə tam maddi məsuliyyət barədə fərdi müqavilə bağlanılacaq. Kassa sənədlərini imzalamaq hüququna malik olan mühasiblər xəzinədar vəzifəsini icra etməyəcək. Xəzinədar ştatı olmayan vergi ödəyicisində kassa əməliyyatlarının yerinə yetirilməsi vergi ödəyicisinin rəhbərinin əmri ilə başqa işçiyə həvalə ediləcək və onunla tam maddi məsuliyyət barədə fərdi müqavilə bağlanılacaq.




Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: