Sorğu
Оцените работу движка

01 Okt 14:48Olke

Arif Babayevin oğlu: “Atamın vəziyyəti yaxşıdır”

Arif Babayevin oğlu: “Atamın vəziyyəti yaxşıdır”
Azərbaycan xanəndəsi, professor, Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin vəziyyəti yaxşıdır.

Xeberoxu.az-a istinadən, Respublikaxəbər.az-a bildirir ki,Bu barədə Oxu.Az-a açıqlamasında Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib. Onun sözlərinə görə, həkimlərin səyi nəticəsində atasının vəziyyəti hər gün daha da yaxşılaşır:

“Hazırda xəstəxanada müalicəsi davam edir. Şükür olsun ki, vəziyyəti yaxşıdır. Həkimlər mövcud vəziyyətin stabil olduğunu qeyd edir. Hətta deyərdim ki, atam 30 ildir torpaqlarımızla bağlı xoş xəbərlərin həsrətində idi. Bəlkə də bu xoş xəbərlər də onun vəziyyətinin yaxşılaşmasına təsir göstərib. Atamın vəziyyətinə görə, narahat olan, maraqlanan hər kəsə təşəkkür edirik”.

Qeyd edək ki, sənətkar bir neçə gün öncə insult keçirib və təcili tibbi yardımla şəhər xəstəxanalarının birinə yerləşdirilib.



Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: