Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
29 Sen 13:23Olke
VƏTƏNPƏRLİK HİSSİ!!! YÜKSƏK SƏVİYYƏDƏ BOLMART AZƏRBAYCAN-TÜRKİYƏ BAYRAQLARINI FƏRƏHLƏ DALĞALANDIRIR.
Respublikaxəbər.az saytının verdiyi məlumata görə 2020-ci ilin sentyabr ayının son günlərindən Azərbaycan Ermənistan arasında Dağlıq Qarabağ torpaqları uğrunda qızğın döyüşlər davam edir.
Gedən qızğın döyüşlərdən ilk aldığımız qalibiyyət xəbərindən təxminən bir-neçə saat sonra Bakı şəhərində insanlarda olan əhvali-ruhiyyəni müşahidə etmək üçün şəhər ərazisini gəzməli olduq. Həmin vaxt Nəsimi rayon, Səməd Vurğun küçəsində yerləşən "BOLMART" Ticarət Mərkəzinin önünə baxdıqda Azərbaycan bir daha Azərbaycan olduğunu göstərdiyi "BOLMART" Ticarət Mərkəzinin önündən və içərisindən asılan və dalğalanan bayraqlarından bildirdi. Bu barədə həmin ticarət mərkəzinin direktoruna yaxınlaşaraq bir vətəndaş,həm də bir Media işçisi olaraq təşəkkürümüzü bildirmək istədik. Biz təşəkkürümüzü bildirən zaman həmin ticarət mərkəzinin direktoru onu bir riyakarlıq olaraq deyil, tam vətən eşqi ilə yaşamasından həzz aldığı üçün etdiyini bildirərək aşağıdakı formada öz ürək sözlərini bildirdi.
BOLMART TİCARƏT MƏRKƏZİNİN DİREKTORUNDAN VƏTƏNPƏRVƏRLİKLƏ BAĞLI DEYİLƏN ÜRƏK SÖZLƏRİ:
Vətən hər birimizin müqəddəs səcdəgahı, pənah yeridir. Dünyada ən böyük qəhrəmanlıqlar da məhz vətən naminə edilib. Vətən üçün kimlər öz əziz canından keçməyib ki?! Görkəmli şəxsiyyətlər, qorxmaz sərkərdələr, cəsur igidlərin çiynində yüksəlib bu vətən!
Vətən haqqında xalq yaradıcılığında: mahnılarda, bayatılarda, zərbi-məsəllərdə, atalar sözlərində gözəl fikirlər söylənilmişdir. “Qürbət eldə bəy olunca, vətənində dilən gəz”, “Vətənə gəldim-imana gəldim” və s. kimi bənzərsiz nümunələr nəsildən-nəslə keçərək ürəklərdə yaşamış, həmişə təravətli qalmışdır. Şifahi yaradıcılığımızda olduğu kimi, klassik və müasir yazılı ədəbiyyatımızda da vətən mövzusu böyük məhəbbətlə, sənətkarlıqla işlənmişdir.
“Vətən” məfhumu dövrlə, tarixi şəraitlə əlaqədar olaraq dəyişir, daha geniş məzmun kəsb edir. Dünyada hər şey kiçilər, amma vətən kiçilməz. Hər şeydən keçmək olar, vətəndən keçmək olmaz. Əslində vətənlə bağlı hissləri, düşündüklərimizi ifadə etmək heç də asan deyil. Yəni, vətən bizim hisslərimizdən, düşündüklərimizdən də qat-qat yüksəkdədir. Onu tərif edə biləcək söz isə məhəbbətlə yoğrulan ən qüdrətli kəlamdır.
“Əsl vətəndaş vətənpərvər olmalıdır, gənclərimizə vətən sevgisi aşılanmalıdır” kimi ifadələrə tez-tez rast gəlirik. Bu da təbiidir. “Azərbaycanın gələcəyi gənclərə məxsusdur”- deyən dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə gənclərimizin hərtərəfli inkişafına imkanlar açan müvafiq tədbirlər həyata keçirmiş və tez bir zamanda müstəqil Azərbaycanımızın gələcəyini qoruyub saxlaya biləcək gənc nəsillərin yetişdiyinə əminliyini belə ifadə etmişdir: “Müstəqil Azərbaycan ifadəsi indi hamı üçün əzizdir, bunu hamı təkrar edir. Ancaq hər kəs də başa düşməlidir ki, müstəqil Azərbaycanın müstəqil yaşaması üçün hər bir vətəndaşın vətəndaşlıq borcu var. Bunu təmin etmək üçün hər bir vətəndaş öz payını verməli, öz xidmətini göstərməlidir”.
Tariximizə nəzər salsaq görərik ki, elimizin, obamızın ən gözəl ənənlərindən biri də torpağa, ana yurda, vətənə bağlılıq, xalqımızı zaman-zaman yadelli işğalçılardan qorumaq, vətən üçün candan keçmək olmuşdur. Elə buna görə də xalqımızın vətən uğrunda, torpaq uğrunda canından, qanından keçən saysız-hesabsız, unudulmaz qəhrəmanları olmuşdur.
Deməli, vətənpərvərlik, vətən sevgisi və bu kimi ifadələrə tərif tapmaq əvəzinə, bu hissi gənclərimizə hansı vasitə ilə aşılamalıyıq? - fikrinin üzərində düşünməliyik və bu ali duyğunu suya, çörəyə olan tələbat kimi övladlarımıza aşılamalıyıq.
Bəlkə də elə bir çoxları üçün təəccüblü görünən “Uşağın tərbiyəsi ana bətnindən başlamalıdır”- məsəli təsadüfən deyilməyib. Bəli, uşaq ilk olaraq göz açdığı ailədə tərbiyə alır. Düzgün tərbiyələndirməklə, yaxşı keyfiyyətləri öyrətməklə yanaşı, vətənə, dövlət atributlarına, milli-mənəvi dəyərlərimizə sadiqlik hissi uşağa kiçik yaşlarından, ilk növbədə ailədə aşılanmalıdır. Məşhur rus pedaqoqu Uşinski yazırdı: “Uşaqlara tərbiyə vətən məhəbbətindən başlamalıdır. Mənsub olduğu vətəni, xalqı, onun dilini sevdirmək tərbiyənin başlanğıcıdır.”
Azərbaycan torpağı müqəddəs torpaqdır. Bu torpağa qanı tökülən igidlərin yazdıqları tarix və etdikləri igidliklər Azərbaycanın müqəddəs torpağını daha da ulu etmişdir. Şəhidlər üçün yazılan hekayətlər həm də gələcək nəsillər üçün ibrət dərsidir. Qoy onlar xeyiri şərdən, ağı qaradan ayıra bilsinlər. Vətən yolunda şəhidlik əsl vətəndaşlığın ən ali zirvəsidir; bütün zirvələrdən yüksəkdə duran ilahi bir zirvə, həm də o, adi gözlə yox, yalnız mənəvi gözlə görülə biləcək bir zirvədir.
Məhz buna görə də bu gün gənclərin vətənpərvərlik tərbiyəsindən danışdıqda, gənzlərimizin vətənpərvərlik ruhunda yetişdirilməsindən söz açdıqda mütləq vətən yolunda canından keçmiş igidlərin həyat yolundan söhbət açmaq lazımdır. Bu amilə uyğun olaraq da muxtar respublikamızda gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlərdə yeniyetmə və gənclərin hərbi hissələrdə görüşlərinin keçirilməsi, onlara qəhrəmanlıq tariximiz haqqında bədii və sənədli filmlərin nümayiş olunması, müharibə iştirakçıları ilə birgə tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.
Vətən amalı və azərbaycançılıq ideologiyası vətənpərvərlik anlayışı ilə əlaqədardır. Vətənpərvər münasibət insanın vətənin faydası üçün lazım olan fəaliyyəti həyata keçirmək niyyəti, həmçinin, ölkəsinin maddi-mənəvi sərvətlərinə daxili pozitiv münasibətdir.
Vətən təəssübkeşliyi, vətənpərvərlik milli qürur və milli ləyaqət hissilə vəhdətdə digər bir məfhumun - azərbaycançılığın özəyini təşkil edir. Ulu Öndər Heydər Əliyev milli vətənpərvərlik haqqında demişdir: "Milli vətənpərvərlik prinsipi gərək körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipi, həyat qanunu, nizamnaməsi olsun"
Ulu Öndər vətənpərvərliyi, vətəndaşlıq duyğusunu xalqın, vətənin taleyinin tərkib hissəsi hesab edirdi. Dahi şəxsiyyətin azərbaycançılıq ideyasının güclənməsində, onun etnik-milli müstəvidən dövlətçilik və vətənpərvərlik müstəvisinə keçirilməsində müstəsna rolu vardır. Ümummilli lider vətənpərvərliyə və dövlətçiliyə əsaslanan azərbaycançılığı qurdu, yaratdı, eyni zamanda, əməli surətdə həyata keçirdi. Milli ideologiyadan, azərbaycançılıq ideologiyasından danışarkən, böyük insan hər bir azərbaycanlının vətənpərvərlik hissləri ilə yaşamasını daim önə çəkirdi: "Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından - hər şeydən üstün tutsun".
Vətənpərvərlik vətənə məhəbbət, əcdadların ənənələrinə hörmət deməkdir. Vətənpərvərliyə və dövlətçiliyə söykənən azərbaycançılıq məhz ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpası zamanı ölkəyə ikinci dəfə rəhbərliyə qayıdışından sonra milli bütövlüyümüzün təcəssümü olan milli ideologiya kimi formalaşdı, gerçəkləşdi və səfərbəredici fenomenə çevrildi.
Böyük öndər Heydər Əliyev gənclərin vətənpərvərlik tərbiyəsinə azərbaycançılığı, qəhrəmanlığı əxz etməklə bütün çətinlikləri aradan qaldırmaq vasitəsi kimi baxırdı: "Siz də Azərbaycan xalqına xidmət edərək... Vətənpərvərlik hissi ilə yaşayaraq özünüzü qəhrəman, cəsur, qüdrətli bir insan kimi formalaşdırmalısınız və qarşıdan gələ biləcək bütün çətinliklərə hazır olmalısınız".
Demokratik, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu yolu ilə gedən Azərbaycan və bütün azərbaycanlılar ümummilli liderin layiqli siyasi varisi ölkə Prezidenti İlham Əliyevin ətrafında birləşərək, milli azərbaycançılıq və vətənpərvərliyin vəhdəti şəraitində müstəqilliyimizi daha da möhkəmləndirir.
Unutmamaq lazımdır ki, bu günün gənci sabahın atası, anası, ailə başçısıdır. Onun öz övladını necə tərbiyə etməsi isə ilk növbədə bu gün onun özünün necə yetişdirilməsindən asılıdır. Buna görə də bu sahədə görülən işlər daim diqqətdə saxlanılmalı, gənclərin vətənpərvərlik tərbiyəsi üçün yaradılan şəraitdən səmərəli istifadə etmək lazımdır. Muxtar respublikamızda bu istiqamətdə icra edilən tədbirlər diqqətəlayiqdir. Müharibə iştirakçılarının və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, müalicəsinin təşkili, məşğulluğunun təmini baxımından böyük işlər görülmüşdür. Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatı da keçirilən tədbirlərdə gənc nəslin vətənpərvərlik tərbiyəsinin təşkilinə ciddi əhəmiyyət verir. Bu gün əminliklə qeyd etmək olar ki, muxtar respublikamızda yaradılan şərait nəticəsində vətənpərvər gənclər nəsli formalaşmaqdadır. Məhz bu gənclər itirilmiş torpaqlarımızın bərpa olunmasında, işğal altında olan ərazilərimizin qaytarılmasında həlledici sözü deyəcəkdir. Biz Azərbaycanı Azərbaycan edən, Biz Azərbaycan xalqını hər zaman göz bəbəyi, canı kimi qoruyan Ulu Öndərimiz Heydər Əliyevə rəhmət diləyirəm və özündən sonra bizə (Azərbaycan xalqına) ən böyük nimət olaraq yadigar qoyub getdiyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür edirik, hər zaman bizlər də bir vətəndaş olaraq ölkə başçımızın yanında olacağımıza əminik.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
SABİQ PROKUROR MİRƏLƏKBƏR SEYİDOVU, MÜSTƏNTİQ TUTACAQ, YOXSA CƏDDİ?!
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
SƏLƏMÇİ QİYAS PƏNAHOV DA BELƏ GETDİ. HƏBS EDİLDİ
BAKIDA MÜƏLLİM 3-CÜ SİNİF ŞAGİRDİNİ DÖYDÜ
ŞƏKİDƏ BELƏ HƏRBİ KOMİSAR OLMAYIB
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
BƏRDƏ POLİSİ NARKOTİK İSTİFADƏ EDƏRƏK AVTOMOBİL İDARƏ EDƏN SÜRÜCÜNÜ SAXLADI
DİN VİLAYƏT EYVAZOV JURNALİSTLƏRƏ VƏ İCTİMAİ FƏALLARA MİNNƏTDARLIĞINI BİLDİRİB
*Laçında yabanı halda bitən 1 tondan artıq çətənə kolu məhv edilib*