Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
27 Sen 13:18Olke
Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə qısa nəzər - XRONİKA
Bu gün səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var.
Azərbaycan Ordusunun cəbhə zonasında adekvat cavab zərbələri ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar olunaraq məhv edilib.
Müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib.
Ümumiyyətlə, tarixə nəzər salsaq ermənilərin xalqımıza qarşı ərazi iddialarının qədim kökləri olduğunu görürük.
Erməni separatçıları 80-ci illərin ortalarında M.S.Qorbaçovun hakimiyyətə gəlməsi ilə yenidən fəallaşdı, milli ədavət daha da qızışdırılmağa başladı. Azərbaycanın Yuxarı (Dağlıq) Qarabağ regionu Ermənistanın dövlət separatizmi meydanına çevrildi.
Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı mərhələsi Xankəndi (Sovet dövründə Stepanakert) və Ermənistanda azərbaycanlılara qarşı 1987-ci ilin sonunda azərbaycanlı qaçqın və məcburi köçkünlərin axını ilə nəticələnən hücumlarla başlandı. 20 fevral 1988-ci ildə DQMV-nin Xalq Deputatları Sovetinin iclasında vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə keçirilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar qəbul etdilər.
1988-1989-cu illər ərzində azərbaycanlılar Ermənistanı tərk etməyə məcbur edildilər. Kütləvi deportasiya zamanı ən azı 216 azərbaycanlı öldürülüb və 1 154 azərbaycanlı yaralanıb.
1991-ci ilin sonlarında Ermənistan Respublikası Azərbaycan Respublikasına qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistan hərbi qüvvələri Azərbaycan sərhədlərini pozub Qarabağa daxil oldu, bir sıra şəhər və kəndləri işğal etdi. Ermənistan silahlı qüvvələri irimiqyaslı hərbi əməliyyatları genişləndirdi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı soyqırım törədildi.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb.
1992-ci il mayın 8-də Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirməklə Ermənistan ordusu bütün Yuxarı Qarabağı işğal etdi. Ermənistan Azərbaycan torpaqlarında möhkəmlənmək, Qarabağın dağlıq hissəsini Ermənistan Respublikasına birləşdirmək üçün dəhliz açmaq istəyirdi. Bu yolda iki respublika arasında yerləşən qədim Azərbaycan şəhəri Laçın əsas maneə idi.
Beləliklə, 1991-1993-cü illərdə Ermənistan hərbi qüvvələri Azərbaycan Respublikasının Yuxarı (Dağlıq) Qarabağ bölgəsini, habelə Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarını işğal etdi. Ümumiyyətlə, Ermənistanın təcavüzü nəticəsində 25 mindən artıq Azərbaycan vətəndaşı həlak oldu. Bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrildi. Azərbaycan mədəniyyətinin nadir inciləri məhv edildi. Azərbaycan Respublikasına qarşı təcavüz ölkənin sosial-iqtisadi həyatına ciddi ziyan vurdu.
İşğal olunan ərazilərdə 871 yaşayış məntəqəsi, o cümlədən 11 şəhər, 12 qəsəbə, 848 kənd, yüzlərlə xəstəxana yandırıldı və ya yararsız hala salındı. Yüz minlərlə bina və mənzil, minlərlə ictimai bina dağıdıldı, qarət edildi. Yüzlərlə kitabxana talan olundu, çoxlu sayda dəyərli əlyazma yandırıldı, məhv edildi.
Bir neçə dövlət teatrı, yüzlərlə klub və çoxlu sayda musiqi məktəbi məhv edildi. Minlərlə emal, kənd təsərrüfatı və başqa tipli fabrik və zavod talan edildi. Yüzlərlə kilometr uzunluğunda suvarma sistemi tamamilə dağıdıldı. Azərbaycan otlaqlarının 70 faizi işğal olunmuş ərazilərdə qaldı.
Bölgə infrastrukturu, o cümlədən yüzlərlə körpü, yüzlərlə kilometr yol, minlərlə kilometr su və qaz kəməri, çoxlu sayda qaz paylama məntəqəsi dağıdıldı. Azərbaycana qarşı müharibə həm işğal edilmiş ərazilərdə, həm də Ermənistanda Azərbaycanın mədəni irsinə ciddi ziyan vurdu.
1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan arasında atəşkəs (Bişkek) protokolu imzalandı və bununla da Dağlıq Qarabağ münaqişəsi dondurulmuş konfliktlər siyahısına daxil edildi.
1992-ci ilin 24 martında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilmiş görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Mink qrupunun yaradılması haqqında qərar qəbul edildi. 1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis olundu. Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edildi. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995-1996-cı illər ərzində İsveç və Rusiya başçılıq etməyə başladı.
1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər. Minsk qrupunun əsas misiyası Ermənistan və Azərbaycan arasındakı münaqişənin sülh yolu ilə həll olunmasıdır.
1994-cü ildə əldə olunan atəşkəs qərarı cəbhədə müxtəlif vaxtlarda düşmən təxribatına əngəl olmayıb.
2016-cı ilin Aprel döyüşləri də bu qəbildəndir.
“Dördgünlük müharibə” kimi tarixə keçən döyüşlər 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayıb. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi.
Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnib, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunub.
Bu ilin iyulun 12-də düşmən Tovuz istiqamətində təxribat törədib. Ümumən, Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycan 12 şəhid verib, bir mülki sakin düşmən təxribatı nəticəsində həyatını itirib.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi