Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
25 Sen 21:18Olke
Almaniya azərbaycanlıları ilə videogörüş keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Almaniyada fəaliyyət göstərən Koordinasiya Şurası əlaqələndiricilərinin, Azərbaycan Evləri və diaspor təşkilatları rəhbərlərinin iştirakı ilə videokonfrans keçirilib.
Komitədən XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-a bildirilib ki, Almaniyadakı diasporumuzun fəaliyyətini müsbət qiymətləndirən Komitə sədri Fuad Muradov soydaşlarımızın nail olduqları uğurlardan bəhs edib, qarşıda duran vəzifə və məqsədləri nəzərə çatdırıb.
Videokonfransda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasındakı çıxışı barədə danışılıb, Tovuz hadisələri, eyni zamanda Ermənistanın təcavüzkar siyasətini daha da genişləndirərək yeni müharibəyə hazırlaşması, terorçu qruplaşmalarla əlaqələrini genişləndirməsi, işğal etdikləri Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma aparmaqla bölgədə durumu gərginləşdirməsi geniş müzakirə olunub.
Dünya ictimaiyyətini Qarabağ həqiqətləri barədə dəqiq və dolgun məlumatlandırmaq üçün kütləvi informasiya vasitələrində, sosial mediada fəaliyyətin genişləndirilməsi, innovativ tədbirlərin həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Videokonfrans iştirakçıları elm, mədəniyyət, incəsənət sahəsində fəaliyyət göstərən və artıq alman cəmiyyətində kifayət qədər tanınan azərbaycanlıların Almaniyadakı diaspor təşkilatlarında təmsil olunmalarını, Berlin, Münhen və Köln şəhərlərində Azərbaycan Evlərinin fəaliyyətə başlamasını diaspor həyatının müsbət tendensiyası kimi qiymətləndiriblər.
Görüşdə yerli cəmiyyətə inteqrasiya olunmanın çağdaş tələblərə uyğun davam etdirilməsi, Almaniya ictimaiyyəti, eləcə də bu ölkədəki siyasi partiyalarla əlaqələrin daha peşəkar səviyyədə qurulması istiqamətində təkliflər verilib.
Nəzərə çatdıraq ki, Diasporla İş üzrə Dövlət Komitəsi pandemiya başlayandan bu günə qədər 60-a yaxın ölkədə fəaliyyət göstərən diaspor təşkilatları və diaspor fəalları ilə 300-dən çox videokonfrans təşkil edib.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi