Sorğu
Оцените работу движка

25 Sen 21:11Olke

Gənclər ətraf mühitin qorunmasına diqqət çəkiblər

Gənclər ətraf mühitin qorunmasına diqqət çəkiblər
Azərbaycan Gənclər Fondu və BMT-nin Azərbaycandakı nümayəndəliyi BMT75 təşəbbüsü çərçivəsində növbəti mövzu - ətraf mühitin qorunmasına dair görüş təşkil edib. Onlayn formatda təşkil edilmiş tədbir fəal gənclər, o cümlədən fiziki məhdudiyyətli şəxslərin iştirakı ilə baş tutub.

Gənclər Fondundan XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-a bildirilib ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da ətraf mühitin mühafizəsi və ekoloji problemlər daim diqqət mərkəzindədir. Keçirilən görüşün məqsədi də insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdır. Tədbir zamanı insanların təbiətə münasibəti dəyişməli olduqları, təbii ehtiyatlardan səmərəsiz istifadəyə son qoyulmadığı halda bunun arzuolunmaz nəticələrə gətirib çıxaracağı barədə müzakirələr aparılıb.

İştirakçılar bu mövzuda hər bir fərdin diqqət etməli olduğu məqamları bildirib, ətraf mühitin mühafizəsi və bu sahədə təbliğat işləri üçün öz təkliflərini irəli sürüblər.

Qeyd edək ki, bu dialoqlar zamanı səslənən fikir və təkliflər BMT 75 prosesinin hədəflərindən biri olan “Baxış 2045” (Vision 2045) qlobal sənədinin hazırlanmasına töhfə olacaqdır. Bu görüşlərlə yanaşı, BMT75 çərçivəsində başlanmış qlobal sorğuda da iştirak edərək, hər kəs gələcəyə dair öz rəy və təkliflərini bildirə bilər:



Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi