Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
21 Okt 07:59Olke
Vətən Müharibəsinin 25-ci günü: 21 oktyabrda nələr baş verdi?
21 oktyabr 2020-ci il. Düşmənlə döyüşmək mübarizlik tələb edirsə, namərd düşmənlə müharibə aparmaq daha artıq qətiyyət, iradə tələb edir. Ermənistan ordusu xarakterlərindən əl çəkməyərək namərdcəsinə həmlələr edir, mümkün qədər döyüşü Ermənistan ərazisinə çəkməyə cəhd edirdi. Mülki yaşayış sahələri, dinc insanlar hədəf seçilir, şəhər və kəndlərimiz atəş altında qalırdı.
Respublikaxeber.az KONKRET.az-a istinadən bildirir ki, gecə ərzində cəbhənin Ağdərə, Füzuli-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam etdi. Lakin ordumuz döyüşü səngərdə aparmaq ideologiyasından əl çəkmir, müharibə qaydalarına tam əməl edirdi. Bunun nümunəsi idi ki, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri, şəxsi heyət və hərbi texnikada itki verərək geri çəkilməyə məcbur edildi. 5-ci dağatıcı alayın müdafiə sahəsində düşmənin mövqeləri ələ keçirilərək, çoxlu sayda silah və sursat qənimət kimi götürüldü. 6-cı və 7-ci dağatıcı alayların müdafiə sahələrində düşmən bölmələrinin şəxsi heyəti arasında ölən və yaralananlar oldu.
Cəbrayıl istiqamətində gedən döyüş zamanı isə Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edildi.
Təbii ki, bu cür ağır itkilərə məruz qalan düşmən hər vəchlə təxribat törətməyə çalışır, döyüşlərin aparılmadığı ərazilərimizi raket hücumuna məruz qoyurdu. Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayon ərazisini artilleriya qurğularından atəşə tutdu.
Müdafiə Nazirliyi isə Cəbrayıl rayonunun işğaldan azad olunan Çərəkən kəndinin yeni görüntülərini yayımladı.
Gün ərzində Ermənistan silahlı qüvvələrinə məxsus 6 taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edildi. Onlardan 2-si cəbhənin Füzuli istiqamətində, 1-i isə Tərtər istiqamətində vuruldu.
Hər keçən gün düşmən daha ağır zərbələr alır, geri çəkilməyə məcbur edilirdi. Elə bunun nəticəsi idi ki, Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qıraq Müşlan, Üdgün, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Turabad, Baharlı kəndlərinin işğaldan tam azad edildiyini açıqlayaraq, ordumuzu və xalqımızı təbrik etdi. Əslində bu təbrik ölkə başçısının qətiyyətinin, sarsılmaz iradəsinin təzahürü idi. Ali Baş Komandan ərazilərimizin azad edilməsi xəbərini birbaşa özü elan etməklə şanlı qələbəni tarixə yazmış olurdu. Elə Azərbaycan xalqı da bu xəbərləri məhz ölkə başçısının özündən eşitmək istəyirdi. Bu xoş xəbərləri isə daha 19 gün eşidəcəkdik.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi