Sorğu
Оцените работу движка

24 Sen 10:06Olke

AZAL Ankara və Antalya şəhərlərinə xüsusi reyslər həyata keçirməyə başlayır

AZAL Ankara və Antalya şəhərlərinə xüsusi reyslər həyata keçirməyə başlayır
İsrailin “Haaretz” xəbər saytında dağ yəhudilərinin Azərbaycanın Quba rayonunda yerləşən ilk muzeyi barədə məqalə dərc edilib (https://www.haaretz.co.il/travel/MAGAZINE-1.9115456).

Diasporla İş üzrə Dövlət Komitəsindən XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-a verilən məlumata görə, məqalənin müəllifi israilli jurnalist, "Washington Diplomat" qəzetinin və Yəhudi Teleqraf Agentliyinin müxbiri Larri Luksnerdir. Müəllif qeyd edib ki, sözügedən muzey Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə bərpa edilmiş Karhoq sinaqoqunda yerləşir. Həmin muzeydə dağ yəhudiləri mədəniyyətinin səciyyəvi xüsusiyyətləri, o cümlədən milli geyimlər, məişət və ritual əşyaları, əlyazmalar, kitablar və s. nümayiş etdirilir. Beləliklə, Azərbaycan xalqı ümumbəşəri və multikultural dəyərlərə hörmət, humanizm ideyalarına sadiqlik nümayiş etdirir.

Xatırladaq ki, Larri Luksner 2019-cu ilin dekabr ayında Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti və təşkilati dəstəyilə ölkəmizdə səfərdə olub, Qubadakı Qırmızı qəsəbə və Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Onun Azərbaycana səfəri nəticəsində "Washington Diplomat" qəzetində və "The Times of Israel" xəbər saytında Quba Soyqırımı Memorial Kompleksi və məcburi köçkünlər barədə məqalələr dərc olunub.


Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi