Sorğu
Оцените работу движка

24 Sen 08:51Olke

Yaponiyada dünyanın ən balaca Rubik kubu təqdim edilib

Yaponiyada dünyanın ən balaca Rubik kubu təqdim edilib
entyabrın 23-də dünyanın ən balaca Rubik kubu (Kubik Rubik) həmin altıguşəli tapmacanın Yaponiyada satışa çıxarılmasının 40-cı ildönümü ilə əlaqədar kütləvi informasiya vasitələrinin nümayəndələrinə təqdim edilib.

XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, hər bir tərəfi 9,9 millimetr ölçüdə olan alüminium kub bu məşhur üçölçülü tapmacanın 1980-ci ildə Yaponiyada satışa çıxarılması ilə əlaqədar təşkil edilən sərgi ərəfəsində nümayiş olunub.

Sərgidə həmin tapmacanın müəllifi, macarıstanlı heykəltəraş və memar Erno Rubikin şərəfinə 1600 Rubik kubundan düzəldilmiş mozaika da təqdim edilir.

Dünyanın ən balaca Rubik kubunun Yaponiyanın məşhur oyuncaq istehsalçı şirkəti “Bandai Namco Holdings Inc.”in “Mega House Corp.” şöbəsi ilə metal istehsalı sahəsində tanınmış “Iriso Seimitsu Co.” şirkəti tərəfindən birlikdə hazırlanıb. Onun pərakəndə satış qiyməti 198 min yen (təqribən 1880 dollar) olacaq.

“Mega House Corp.” şirkətinin prezidenti Hiroşi Sakakibara bildirib ki, bu kubun düzəldilməsində məqsəd yeni yanaşma və layihələrlə onun imkanlarını daha da genişləndirməkdir.

Əlavə olaraq qeyd edək ki, Rubik kubunun Yaponiyada satışa çıxarıldığı ilk ildə ölkədə bu kubdan 4 milyon ədəd satılıb.

Macarıstanın Yaponiyadakı səfirliyinin iştirakı ilə Tokionun Minato-ku rayonunda təşkil olunan sərgi noyabrın 9-dək davam edəcək.


Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi