Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
23 Sen 12:32Olke
Prezident İlham Əliyevin BMT-nin 75 illiyinə həsr edilmiş yüksək səviyyəli iclasda çıxışından irəli gələn tezislər
Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin 75 İlliyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda çıxışından irəli gələn tezislər
22 sentyabr 2020-ci il
Qoşulmama Hərəkatına üzv dövlətlərin adından
Azərbaycan Respublikası 120 Ölkənin yekdil qərarı ilə 2016-cı ildə Qoşulmama Hərəkatının sədri seçilmişdir. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-cl il martın 2-də Birləşmiş Millətlər Təşkilatına üzv olmuşdur Müstəqillik ən yüksək dəyərdir. Təqribən 30 illik müstəqilliyi dövründə Azərbaycan müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olmuşdur.
Ermənistan işğalçı dövlətdir
Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakın Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi guc tətbiq etmişdir.
Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam. dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir.
Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan Xocalı soyqırımını törətmişdir. Ondan çox ölkə Xocalı soyqırımını tanımışdır.
Qanunsuz məskunlaşma.
Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib.
Ermənistan mülki əhalini hədəf seçir
Ermənistan qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə rnəruz qalması nəticəsində hərbçilərimiz və bır mulki şəxsimiz öldürüldü, mülki infrastruktura ciddi zərər vuruldu.
Ermənistan sülh prosesində iştirak etmir.
Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur, Onun 'Qarabağ Ermənistandır’ bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O danışıqlar prosesində əsassız şərtlər irəli sürür Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz "yeddi şərti" tərəfimizdən rədd edilmişdir.
Ermənistan müharibəyə hazırlaşır
Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasım elan etmişdir Bu. Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə nazın Azərbaycanı "yeni ərazilər uğrunda yeni müharibə bəyanatları ilə hədələyir;
Ermənistanda faşizm dövlət səviyyəsində təbliğ edilir.
Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə duşur.
Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.
Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.
Azərbaycan-BMT əlaqələri inkişaf edir.
Azərbaycan BMT ilə səmərəli əməkdaşlıq qurmuşdur. Ölkəmiz 155 dövlətin dəstəyı ilə 2012-2013 cu illərdə Təhlükəsizlik Şurasının qeyrı-daımı üzvü seçilmişdir. Bundan əlavə hazırda Azərbaycan 120 dövlətin yekdil dəstəyi ilə Qoşulmama Hərəkatına sədrlik edir;
Qoşulmama Hərəkatının COVID-19-a qarşı onlayn formatda Zirvə görüşü təşəbbüsümüz əsasında 2020-cı ilin may ayında keçirildi Zirvə görüşündə Qoşulmama Hərəkatı adından Azərbaycan Prezidenti ilham Əliyev BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi Bu təşəbbüsü 130-dan çox Ölkə dəstəklədi,
Azərbaycan COVID-19 pandomiyasına qarşı mübarizədə nümunəvi ölkə kimi göstərilir.
Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi olkə adlandırmışdır Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə töhfələri etmişik. COVID pandemiyası ərzində Azərbaycan 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib;
Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzidir.
Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində vacib rol oynayır. Azərbaycan dünyanın tanınmış multikulturallzm mərkəzlərindəndır.
Azərbaycan demokratiya yolunda uğurla addımlayır.
Azərbaycan sabit, müasir və demokratik ölkədir Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir;
Azərbaycan iqtisadiyyatı inkişaf edir.
Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və son 17 ildə ümumi daxili məhsul uç dəfə artmışdır. Dayanıqlı İnkişaf Məqsədlənnın icrasında boyuk tərəqqi əldə etmiş Azərbaycan qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir.
Ölkə başçımız cənab İlham Əliyevin dediklərini biz də bir vətəndaş olaraq dəstəkləyirik və həqiqətən də ölkə başçımızla fəxr edirik. İnanırıq ki, biz də birlikdə əl-ələ verərək, vətənimizi, dövlətimizi və millətimizi düşmənin hücumuna məruz qoymayacağıq. İşğal altında olan torpaqlarımızı da qısa zamanda geri qaytarmağa nail olacağımıza əminik. Biz Prezidentimiz İlham Əliyevə güvənirik.
Nəsimi rayon sakini Elyaz Gülüyev
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər