Sorğu
Оцените работу движка

22 Sen 12:24Olke

Yevlaxda döyülərək şantaj edilən şəxs xəstəxanada ölüb - RƏSMİ

Yevlaxda döyülərək şantaj edilən şəxs xəstəxanada ölüb - RƏSMİ
Sentyabrın 11-də Yevlax şəhərində yaşayan əvvəllər məhkum olunmuş Ceyhun Xəlilovun daxili qanaxma ilə Yevlax şəhər mərkəzi xəstəxanasına yerləşdirilməsi və sentyabrın 14-də orada ölməsi faktı ilə bağlı rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya istinadən, Respublikaxəbər.az-a verilən məlumatına görə, C.Xəlilovun həyat yoldaşı izahatında ərinin avqustun 23-də Abşeron rayonu ərazisində naməlum şəxslər tərəfindən döyülməsini bildirib.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri X.Balayev və əvvəllər məhkum olunmuş R.Ramazanov saxlanılmış, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

R.Ramazanovdan lüləsi və qundağı kəsilmiş “İJ-58” markalı ov tüfəngi, 5 ədəd patron, 2 ədəd nunçaqa, 1 ədəd xəncər və 2 ədəd bıçaq götürülüb.

Araşdırmalarla onların cari il avqust ayının 23-də C.Xəlilovu R.Ramazanovun yaşadığı evə aparıb döyərək orada zorla saxlamaları, həyat yoldaşından 1000 manat aldıqdan sonra buraxmaları müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 127, 182 və 228-ci maddələri ilə cinayət işi başlanıb.


Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi