Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
20 Sen 15:02Olke
Tural Gəncəliyev: “Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir”
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində Azərbaycan televiziyalarına müsahibəsi zamanı Ermənistan- Azərbaycan münaqişəsi ilə bağlı fikirləri, münaqişənin indiyə qədər həll olunmamasında qaranlıq məqalar axtaran bütün tərəflərin suallarına tutarlı cavabdır. Azərbaycan Prezidentinin bütün həqiqətləri söyləməsi rəsmi Bakının şəffaf və xalqdan heç bir gizli siyasət aparmadığını bir daha sübut etdi”.
Respublikaxəbər.az-ın məlumatına görə, bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev bildirib.
İcma rəhbəri deyib ki, Ermənistan-Azərbaycan münaqişəsinin indiyə qədər həll olunmamasında başlıca səbəb Ermənistanda hakimiyyətdə olan şəxslərin riyakarlığı, yalançılığı və ikiüzlü olmalarıdır: “Azərbaycan Resbublikasının Prezidenti Cənab İlham Əliyevin müsabəsində münaqişə ilə bağlı bütün suallara cavablar var. Ermənistanda sonuncu hakimiyyət dəyişikliyindən sonra münaqişənin həlli ilə bağlı müəyyən ümidlər yaranmışdı. Paşinyan hökumət başçısı olandan sonra özündən əvvəliki hakimiyyətlərin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səhv siyasətini tənqid etməsi, münasibətlərdə yeni yanaşma siyasəti ilə bağlı mesajlar, təkcə Azərbaycanda yox həmçinin münaqişənin həllində vasitəçilik missiyası həyata keçirən ATƏT-in Misk qrupunda da yeni ümidlərə səbəb olmuşdu. Biz çox keçmədi ki, bunu əksini gördük. Münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda irəlləyişin olmaması, cəbhə xəttində başverən erməni təxribatları Nikol Paşinyanın da sələflərinin yolu ilə getdiyini göstərdi. Hesab edirəm ki, Paşinyan sələfləri kimi, riyakar, yalançı olmasaydı, ən əsası verdiyi sözün üstündə dayansaydı bu gün münaqişənin həlli ilə bağlı tam başqa bir mənzərənin şahidi olacağdıq. Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir”.
Tural Gəncəliyev qeyd edib ki, bu gün Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqlar aparılmır: “Rəsmi Bakı bəyan edib ki, Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etməyəcək və Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq niyyətində deyil. Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir”.
İcma rəhbəri Azərbaycanın işğal olunmuş ərazilərində islam mədəni irsimizə qarşı təhqiramız münasibət fonunda bəzi islam ölkələrinin rəsmi Yerevana sərgilədiyi isti münasibətə də toxunub: “Biz Şuşada, Ağdamda və digər ərazilərimizdə məscidlərimizlə bağlı arzuolunmaz halların şahidi olmuşuq. Şuşanın 17 məhəlləsində 17 məscid olub. Bu gün Yuxarı Gövhər Ağa məscidindən başqa bütün məscidlər dağıdılıb. Yuxarı Gövhər Ağa məscidi də fars mədəniyyət mərkəzi kimi təqdim olunur. İşğal altında olan digər ərazilərimizdə olan məscidlərimiz də yerlə bir edilib. Bütün bunların fonunda islam ölkələrinin Yeravana isti münasibəti suallar doğurur. Əgər bu ölkələr islam dəyərlərinə sadiqdilərsə və islam dəyərlərinin qorunmasında səmimidirlərsə onda Qarabağda mövcud olmuş onlarla məscidin dağıdılmasına niyə səssiz qalırlar?”.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi