Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
19 Sen 09:44Olke
Bakı Yunus Emre İnstitutu türkcə yetərlilik imtahanı keçirib
2020-ci ilin mart ayından etibarən koronavirus hadisələri Azərbaycanda da cərəyan etməyə başladı. Ölkədə bütün sənət və elm ocaqları karantin tədbirləri çərçivəsində fəaliyyətini dayandırdı. Beləliklə Türkiyədə təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün ildə üç dəfə keçirilən Türkcə Yeterlilik İmtahanının yay sessiyası növbəti aylara təxirə salındı.
XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, karantin şərtlərinə əməl edilməklə imtahan keçirmək üçün bir ay hazırlıq görən Bakı Yunus Emre İnstitutu, nəhayət 2020-ci ilin 18 sentyabr tarixində 275 namizədin iştirakı ilə Bakı Türk Anadolu Liseyində üç sessiyalı bir imtahan keçirdi.
“Türkiyədə təhsil almaq”
Ən böyük xəyalının Türkiyədə tibb fakültəsində təhsil almaq olduğunu söyləyən Utara Rzayev, “Türkiyənin çox elit bir tibb infrastrukturu var. Türk universitetləri yüksək səviyyəli C1 sertifikatı tələb edirlər. Bu səbəblə bir illik hazırlıq sinifi oxumamaq üçün TYS-yə girirəm”, dedi.
Azərbaycan Milli Elmlər Akademiyasında tədqiqatçı işləyən Ruhiyyə Məmmədova, "Türkiyənin sosiologiya sahəsində qabaqcıl universitetlərinə müraciət etmək və özünü inkişaf etdirmək arzusunu" ifadə edərək, imtahana girdiyini və TYS sertifikatının ona yeni imkanlar təqdim edəcəyinə inandığını qeyd etdi.
Türkcə Yeterlilik Sertifikatı, tələbələr qədər Türkiyədə və ya öz ölkələrində beynəlxalq fəaliyyət göstərən şirkətlərdə işləmək istəyən fərdlərə, türk dili üzrə tərcüməçilik fəaliyyəti vermək istəyən şəxslərə və ya xaricdə türk dilini tədris etmək istəyən müəllim namizədlərinə də iş müraciətlərində böyük üstünlüklər təqdim edir. Yunus Emre İnstitutunun " Avropa Dilləri Tədrisi Ortaq Çərçivə Mətni"ndə göstərilən səriştəlik təriflərinə uyğun olaraq hazırlanmış TYS, 2013-cü ildən bəri həyata keçirilir və alınan sertifikatların iki illik etibarlılıq müddəti var.
Bir-birindən fərqli və dəyərli mədəni/bədii fəaliyyətləri ilə yanaşı təhsil sahəsində də əhəmiyyətli addımlar atan İnstitut; Türkiyədə təhsil almaq, işləmək və türk dil səviyyəsini sənədləşdirmək istəyən namizədlər üçün böyük bir fürsət təqdim edir. Xüsusilə universitetlərin onlayn olaraq dərslərinə başlayacağı bu dövrdə türk dili sertifikatlarını yaşadıqları ölkələrdən ala bilmək fürsəti namizədlər üçün böyük əhəmiyyət daşıyır.
İmtahanda namizədlərə oxuma, dinləmə, yazma və danışma sahələrində suallar verilir. Bu sahədə müvəffəq olanlar türk dili sertifikatı əldə edir və Türkiyədəki hər hansı bir universitetdə təhsil almaq hüququ qazandıqda türk dili üzrə hazırlıq dərslərindən azad olunurlar.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi