Sorğu
Оцените работу движка

18 Sen 18:45Olke

Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmirdən sonra açılışı keçirilib

Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmirdən sonra açılışı keçirilib
Sentyabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq musiqi məktəbinin əsaslı təmirdən sonra açılışı olub.

Mədəniyyət Nazirliyindən APA-ya istinadən, Respublikaxəbə.az-a verilən xəbərə görə, mərasimdə iştirak edən Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov öncə məktəbin fəaliyyəti haqqında məlumatın yer aldığı və milli musiqi alətlərimizin nümayiş olunduğu stendlə tanış olub.

A.Kərimov məktəbin əsaslı təmirdən sonra açılışının məhz Milli Musiqi Günündə keçirilməsinin rəmzi məna daşıdığını diqqətə çatdırıb və kollektivi təbrik edib.

Daha sonra açılışı bildirən rəmzi qırmızı lent kəsilib və məktəbin sinif otaqlarına baxış keçirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov məktəbdə görülən təmir və yenidənqurma işləri barədə Mədəniyyət nazirinin birinci müavininə məlumat verib.

Mərasimdə müəllim və şagird kollektivinin ifasında konsert proqramı təqdim edilib.

A.Kərimov sinif otaqlarına baxıb, burada quraşdırılan müasir musiqi avadanlıqları ilə tanış olub. Tədris otaqlarında hər dərsə uyğun alətlərinin yer alması, şagirdlərin tədrisi üçün zəruri ləvazimatla təchiz edilməsi təqdir olunub.

Sonda A.Kərimov bir daha məktəbin kollektivinə təbriklərini çatdırıb və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmirdən sonra açılışı keçirilib
Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmirdən sonra açılışı keçirilib
Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmirdən sonra açılışı keçirilib
Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmirdən sonra açılışı keçirilib
Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmirdən sonra açılışı keçirilib
Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmirdən sonra açılışı keçirilib
Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmirdən sonra açılışı keçirilib

Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi