Sorğu
Оцените работу движка

18 Sen 15:00Olke

Bakı-Sumqayıt qatarından şikayət: “Soyuqdan qatarda oturmaq olmur”

Bakı-Sumqayıt qatarından şikayət: “Soyuqdan qatarda oturmaq olmur”



Sakinlər Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən elektrik qatarlarında havanın hərarətinin soyuq olmasından şikayət edirlər. Onların sözlərinə görə, qatarda kondisioner havanı çox soyudur.

Bununla bağlı sərnişinlər sosial şəbəkədə paylaşım edirlər. Onlar şifahi formada qatar bələdçilərinə şikayətlərini bildirsələr də, tədbir görülmədiyini bildirirlər:

“Qışda istidən soyuğa, yayda soyuqdan istiyə çıxırıq. 50 dəqiqə yol gedirik, soyuqdan qatarda oturmaq olmur. Xahiş edirik, bu məsələ ilə bağlı bir tədbir görülsün”.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-dən Oxu.Az-a bildirilib ki, Bakı-Pirşağı-Sumqayıt istiqamətində fəaliyyət göstərən ikimərtəbəli elektrik qatarlarında mikroiqlim nəzarəti sistemi var:

“Vaqonlardakı kondisionerlər həmin sistemə qoşulub. Havanın temperaturuna uyğun olaraq kondisionerlər avtomatik tənzimlənir. Buna da ayrıca nəzarət sistemi var. Yəni, havanın hərarəti necədirsə, kondisionerlər də o şəraitə uyğun işləyir”.





Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi