Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
18 Okt 20:20Olke
18 oktyabr- Dövlət müstəqilliyinin bərpasının” 30 ili tamam olur
18 oktyabr- Dövlət müstəqilliyinin bərpasının” 30 ili tamam olur. Bu gün Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gündür. Həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etdi. Bundan sonra Azərbaycan dünyanın nəhəng dövlətlərilə ikitərəfli, bərabərhüquqlu və diplomatik münasibətlər yaratmağa başladı, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatına üzv oldu. İndi Azərbaycanın səsi Avropa Şurasının, BMT-nin zirvə toplantılarından, yüksək tribunalarından eşidilir.
Tarix üçün 30 il çox qısa bir müddətdir. Keçən müddət ərzində ölkənin inkişaf tarixinə nəzər salsaq, əldə edilən uğurlara heç də asan nail olunmadığının şahidi oluruq. Azərbaycan dövlət müstəqilliyini çox mürəkkəb bir şəraitdə qazanmışdır. Ölkədə təcrübəsiz adamların hakimiyyətə gəlməsi tezliklə xaos və özbaşınalığa gətirib çıxardı. Digər tərəfdən də, Ermənistan tərəfindən torpaqlarımızın 20%-i işğal olunmuş və bu işğalın nəticəsində insanlar öz doğma torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Bütün sahələrdə iqtisadiyyatda, siyasətdə, beynəlxalq münasibətlərdə, ictimai həyatda, sosial sahədə böhranlı vəziyyət yaranmışdır. Ümumiyyətlə, Azərbaycan bir dövlət olaraq, dünyanın siyası xəritəsindən silinmək üzrə idi. Məhz belə bir anda – 1993-cü ildə, çətin və mürəkkəb ictimai-siyasi vəziyyətin ağır olduğu bir zamanda Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı.
Ulu Öndər Heydər Əliyev edilən təzyiqlərə baxmayaraq, yorulmadan, təmkinlə Ermənistan tərəfindən ərazilərimizin işğal olunduğunu, vətəndaşlarımızın soyqırımına məruz qaldığını sübut edir, beynəlxalq aləmin bu həqiqəti qəbul etməsi üçün mübarizə apardı. O, ölkəni çökmüş vəziyyətdən xilas etdi, vətəndaş müharibəsini dayandırdı, ölkənin iqtisadi inkişafının tamamilə dağılmasının qarşısını ala bildi və əslində ölkəni xarabalıqlardan çıxardı və müstəqilliyini müdafiə etdi. Burada Azərbaycan əhalisinin maraqlarının qorunması xüsusi yer tuturdu. “Əsrin Müqaviləsi” də daxil olmaqla, bir sıra vacib müqavilələrin imzalanması ölkənin iqtisadi əhəmiyyətini artırmağa imkan verdi. Bu hələ prosesin təməl dövrü idi, Azərbaycanı daha böyük işlər, layihələr gözləyirdi. 2003-cü ildən başlayaraq ölkəmizdə yeni islahat mərhələsi başladı. Son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə özünün növbəti inkişaf dövrünə başladı. Dövlət müstəqilliyimizn ilk illərində Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin daha da gücləndirilməsi nəticəsində Azərbaycan həm özü inkişaf edib, həm də dünyada enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rola malikdir. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil aktor statusunu təsbit etdən dövlətlərdən biridir. Azərbaycan elə bir inkişaf səviyyəsinə gəlib çatıb ki, əksər regional və ya beynəlxalq layihələr onun iştirakı olmadan reallaşmır. Yaranmış yeni reallıqlar isə bu statusu daha gücləndirəcəkdir. Prezident İlham Əliyev ölkəmizi yad təsirlərdən qorumağı bacardı, dünyaya “Bakı prosesi” layihəsini təqdim etdi. O, “neft kapitalını insan kapitalına çevirək” şüarı ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirdi və bununla da Azərbaycanın gələcək inkişafını təmin etdi. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir. Prezident İlham Əliyev öz fəaliyyəti ilə həm partiya sədri, həm prezident, həm də Ali Baş Komanda kimi hər bir vətəndaşımızın maraqlarını müdafiə etmiş, hər bir azərbaycanlının prezidenti olduğunu dəfələrlə sübuta yetirmişdir. Nəhayət, 44 günlük Vətən Müharibəsi nəticəsində uzunmüddətli işğala son qoyaraq ərazi bütövlüyümüzü, suveren hüquqlarımızı bərpa etdi. Hələ 2003-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına müraciət edərək, özünün siyasi varisi İlham Əliyevə dəstək göstərməyə çağırış etdi. Özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi dahi şəxsiyyət əmin idi ki, onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək. Tarix bu fikirlərin nə qədər doğru olduğunu bir daha sübut etdi.
Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.
Əziz və hörmətli xalqım Müstəqilliyimizin bərpası günü ilə bağlı sizləri təbrik edir, üç rəngli şanlı Azərbaycan bayrağının mavi səmada daima dalğalanmağını arzu edirəm!
Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!
Yaşasın müstəqil Azərbaycan!
Respublikaxəbər.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi