Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
11 Sen 11:40Olke
Karantin rejimi dövründə təhsil müəssisələrində yataqxanalara dair qaydalar müəyyənləşib
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində yataqxanalara (yataq otaqlarına) dair tələblər müəyyənləşib.
APA-ya istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"nda məlumat verilib.
Qeyd edilib ki, təhsil müəssisəsinin nəzdindəki yataqxanalarda qalacaq təhsilalanların sayı yenidən nəzərdən keçirilməli və bu Qaydalarla müəyyən edilmiş sosial məsafə tələblərinin tətbiqinə imkan verən sayda təhsilalana xidmət göstərilməlidir.
Təhsilalanların otaqlarını dəyişməsinə icazə verilmir.
Təhsilalanların qaldığı otaqlara eyni otaqda qalanlar istisna olmaqla, kənar şəxslərin daxil olmasına icazə verilmir.
Təhsilalanın yataqxanada qaldığı müddətdə bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən olunduqda və ya hər hansı xəstəlik əlamətləri müşahidə edildikdə (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə və iybilmə hissinin itməsi, halsızlıq və s.), bu Qaydaların müddəalarına uyğun tədbirlər görülür.
Yoluxucu xəstəlik əlamətləri aşkar edilənlərin müvəqqəti təcrid edilməsi üçün ən azı iki çarpayılıq izolyasiya otağı daimi olaraq təchiz edilmiş vəziyyətdə saxlanılmalıdır.
Yataqxananın girişlərində dezinfeksiya vasitəsi yerləşdirilir. Yataqxanada sosial məsafə və gigiyena qaydalarına riayət edilir.
Yataqxanada çarpayılar ən azı 1,5 metr məsafə ilə yerləşdirilir.
Yataqxanalar gündə 2 dəfədən az olmamaq şərtilə havalandırılmalı, pəncərələr tez-tez açılmalıdır. Duş qəbul edilən yerlər və sanitariya qovşaqlarında sosial məsafə qaydalarına diqqət edilməlidir.
Duş kabinələri və sanitariya qovşaqlarının pəncərələri havalandırma məqsədilə gündə 2 dəfədən az olmamaq şərtilə açılmalıdır.
Duş kabinələri hər gün dezinfeksiya edilməlidir.
Qaydalarda bildirilir ki, əllərlə tez-tez təmas edilən səthlər (qapılar, dolablar, elektrik düymələri və s.) gün ərzində 2 dəfədən az olmamaq şərtilə təmizlənməlidir.
Yataqxanada mətbəx, camaşırxana, paltarların qurudulması və ütülənməsi otaqları, tibbi xidmət və digər inzibati- təsərrüfat otaqları müvafiq təmizlik və dezinfeksiya tədbirlərinə uyğun olaraq, aidiyyəti bölmələrdə xidmət göstərən işçi heyət tərəfindən təmizlənməli və dezinfeksiya edilməlidir.
Təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə idman və akt zallarından, kitabxana və hovuzdan istifadə dayandırılır.
Təhsil müəssisəsində COVID-19 virusunun şübhə olduğu hallarda ünsiyyət üçün yetərli sayda müvafiq qoruyucu geyimlərin (üz üçün sipər, baxil, tibbi əlcək, tibbi maska) olması təmin edilməlidir. Xəstəlik şübhəsi olan şəxs dərhal yaşadığı yerə göndərilməli (təhsilalandırsa, valideyninə və ya digər qanuni nümayəndəsinə məlumat verilməli) və 103 Təcili Tibbi Yardıma müraciət edilərək həkimlər tərəfindən laboratoriya müayinəsindən, tələb olunduğu halda COVID-19 testindən keçməli və yaşadığı yerdə özünütəcrid rejimində olmalıdır. Xəstəlik şübhəsi olan təhsilalanın valideyni və ya digər qanuni nümayəndəsi olmadığı təqdirdə, təhsil müəssisəsi onun dərhal COVID-19 testindən keçirilməsi üçün 103 Təcili Tibbi Yardıma müraciət etməli və tibb müəssisəsi tərəfindən təhsilalanın xəstəxanaya yerləşdirilməsi təmin edilməlidir. Təhsil müəssisəsi daxilində xüsusi karantin otağı (otaqları) ayrılmalıdır. Xəstəlik şübhəsi olan şəxs yaşadığı yerə gedənədək (təhsilalandırsa, valideyninə və ya dgər qanuni nümayəndəsinə məlumat verilənədək), izolyasiya edilməsi məqsədilə xüsusi karantin otağında yerləşdirilir. Xəstəlik şübhəsi olan şəxsin təhsil müəssisəsində olan digər şəxslərlə təması minimuma endirilir və onunla təmasda olan şəxslərin fərdi mühafizə vasitələrindən (tibbi maska, əlcək, üz sipəri, baxil) istifadəsi təmin edilir. Karantin otağında pəncərələr (mümkün olduğu halda) açıq saxlanılır və otaqda havalandırma təmin edilir. Xəstəlik şübhəsi olan şəxs təhsil müəssisəsini tərk etdikdən sonra karantin otağının 3 saat istifadəsiz saxlanılması və oraya girişə icazə verilməməsi, qapının üzərinə “istifadəyə yararsızdır” nişanının vurulması tövsiyə olunur. Xəstəlik şübhəsi olan şəxs təhsil müəssisəsini tərk etdikdən sonra karantin otağının 3 saatdan sonra (tövsiyə olunan müddət) təmizlənməsi və dezinfeksiya olunması təmin edilməlidir. Xəstəliyə yoluxma faktı təsdiq edildiyi halda, xəstə şəxsin təmasda olduğu digər şəxslər və yerlər müəyyən olunmalı, müvafiq qaydada izolyasiya, təmizləmə və dezinfeksiya tədbirləri görülməlidir. COVID-19 testinin nəticəsi pozitiv çıxan və ya test nəticəsi pozitiv çıxmış şəxslə təmasda olduğu üçün özünütəcrid rejimində olan və ya test nəticəsi pozitiv çıxmış və sağalmış, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməyən, habelə özündə və ya birlikdə yaşadığı şəxslərdə şübhəli əlamətlərin olması səbəbindən götürülmüş test nümunələrinin cavabları aşkarlananadək, şəxslərin təhsil müəssisəsinə gəlməsinə icazə verilmir.
Xəstəlik əlamətləri müşahidə olunan şəxslərin təmasda olduğu şəxslərin müəyyənləşdirilməsi və idarə edilməsi təmin olunmalı və bununla bağlı aidiyyəti orqanlara məlumat verilməlidir. Kütləvi xəstəlik şübhəsi olduğu hallarda evakuasiya həyata keçirilməli, bu haqda əvvəlcədən təlimatlandırılmış işçi heyətin nəzarəti altında təhsil müəssisəsində olan bütün şəxslər müəssisədən çıxarılmalı və müəssisə tamamilə dezinfeksiya olunmalıdır. ütləvi xəstəlik şübhəsi hallarında hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandığı zaman Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin rəyi əsasında Təhsil Nazirliyini məlumatlandırmaqla, təhsil müəssisəsinin və ya ayrı-ayrı siniflərin (qrupların) fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilməlidir.
Təhsil prosesinin iştirakçıları mütəmadi olaraq, o cümlədən sanitariya qovşağından istifadədən, asqırma və öskürmədən, sənədlərlə təmasdan sonra və s. əllərini təmiz yumalı və ya dezinfeksiya etməlidirlər.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər