Sorğu
Оцените работу движка

11 Sen 11:16Olke

Sevgilisini qətlə yetirən qadın polisə hökm oxunub

Sevgilisini qətlə yetirən qadın polisə hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsinə adam öldürməkdə ittiham edilən Qasımova Günel Eldar qızının cinayət işi məhkəmə prosesi başa çatıb.

APA-ya istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, G.Qasımova 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror törətdiyi əmələ görə Günel Qasımovanın 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında Xırdalan sakini, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin kişinin sevgi münasibətində olduğu Qasımova Günel Eldar qızı tərəfindən törədildiyi məlum olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Günel Qasımova sabiq polis əməkdaşı olub, hadisəni törətməzdən bir müddət əvvəl işdən çıxıb. G. Qasımova ailəli olub.

Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi