Sorğu
Оцените работу движка

02 Sen 13:05Olke

Polis marketdə satıcı işləyən koronavirus xəstəsini saxladı

Polis marketdə satıcı işləyən koronavirus xəstəsini saxladı
Qaradağ Rayon Polis İdarəsinə “Covid-19” infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub. Rayon sakini E.Nəbiyevanın koronavirus testinin nəticəsi pozitiv olduğuna görə ona ev şəraitində müalicə təyin edilib, ancaq o, karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Respublikaxəbər.az-a verilən məlumata görə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə onun rayon ərazisində yerləşən “Qaradağ” marketinin şirniyyat bölməsində satıcı işləməsi müəyyən edilib. Polis əməkdaşları tərəfindən karantin qaydalarını pozan və vətəndaşların sağlamlığı üçün ciddi təhlükə yaradan E.Nəbiyevanın törətdiyi qanunazidd hərəkətin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb. Həmçinin adıçəkilən mağazanın fəaliyyəti dayandırılıb, marketdə işləyən 35 nəfər koronavirus testi edilməsi məqsədi ilə tibb müəssisəsinə göndərilib, obyektin dezinfeksiyasının aparılması üçün müvafiq quruma müraciət edilib.

E.Nəbiyeva barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb və o, polisin nəzarətinə götürülüb.


Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi