Sorğu
Оцените работу движка

01 Sen 09:20Olke

Bakıda qəza, dörd yaralı - VİDEO

Bakıda qəza, dörd yaralı - VİDEO



Novxanı-Binəqədi avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Baku TV xəbər verir ki, gecə saatlarında yol kəsişməsində hərəkətdə olan “Saipa” markalı avtomobilin sürücüsü əks yola çıxıb. Bu zaman nəqliyyat vasitəsi “Daewoo Nexia” markalı avtomobillə toqquşub.

Qəza zamanı hər iki avtomobilin sürücüsü və iki sərnişin ağır bədən xəsarətləri alıblar.

Yaralılardan birinin vəziyyətinin daha ağır olduğu bildirilir. Onlar təcili tibbi yardımın köməyi ilə xəstəxanaya yerləşdiriliblər. Hələlik yaralıların şəxsiyyəti məlum deyil.

Yolun qəza baş verən hissəsində avtomobillərin hərəkətində fasilə yaranıb. Əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, qəzaya səbəb “Saipa” markalı avtomobilin sürücüsünün nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi və qarşı yola çıxması göstərilir.

Faktla bağlı araşdırma aparılır.








Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi