Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
30 Avq 21:01Olke
Azərbaycanda 3800 itkin düşmüş şəxs haqqında ətraflı məlumat toplanıb
Bu gün dünyada baş verən silahlı münaqişələr, zorakılıq halları, miqrasiya və təbii fəlakətlər nəticəsində itkin düşmüş yüz minlərlə insanı yad etmək, onların ailələrinə dəstək olmaq məqsədilə beynəlxalq itkin düşmüş şəxslər günü kimi qeyd olunur.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, regionda 25,000-dən artıq insan, 90-cı illərdə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar itkin düşmüş 4,500-dən çox şəxs doğması haqqında xəbər almaq ümidi ilə yaşayır. Yeni xəbərin olmadığı hər bir gün yaxınlarının taleyinin aydınlaşdırılmasını gözləyən insanlar üçün narahatlıq və qeyri-müəyyənliklə dolu növbəti günə çevrilir.
BQXK 20 ildən artıq bir müddətdir ki, qeyri-müəyyənlik içərisində yaşayan, iqtisadi, inzibati və hüquqi çətinliklərlə üz-üzə qalan ailələrin suallarına cavab tapa bilmək üçün aidiyyəti orqanlara dəstək göstərməkdədir. Qlobal COVID-19 pandemiyası ailələrin çəkdikləri əziyyətləri bir qədər də artırıb.
BQXK itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması istiqamətində aidiyyəti qurumlarla sıx əməkdaşlıq edir. Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Nümayəndəliyi bu istiqamətdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə 3,800 itkin düşmüş şəxs haqqında ətraflı məlumat toplanılmasını başa çatdırıb və öz zəngin təcrübəsini Dövlət Komissiyası ilə paylaşmağa davam edir.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi