Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
30 Avq 09:24Olke
Azərbaycanın xarici sularda üzən "Hüseyn Cavid" gəmisi təmirdən sonra istismara qaytarılıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus Xəzərdənkənar sularda istismar olunan “Hüseyn Cavid” universal quru yük gəmisi təmir olunub.
QSC-dən “APA-Economics”ə istinadən Respublikaxəbər.az-a verilən məlumata görə, ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan tərsanə təmiri vaxtında və yüksək keyfiyyətlə həyata keçirilib. Zavodda gəminin baş və köməkçi mühərrikləri, anbar qapaqları təmir olunub. Eyni zamanda gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb. Həmçinin, heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana və kayutlarlarda lazımi təmir işləri aparılıb. Bundan başqa, gəminin sualtı və suüstü hissələri, göyərtələri, anbar qapaqları təmizlənərək üçqat boya ilə rənglənib. Təmir başa çatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və dənizçilərin ixtiyarına verilib.
Bu gün “Hüseyn Cavid” gəmisi təmirdən sonra xarici sulara doğru ilk səfərinə yollanacaq. Gəmi Türkmənistanın Bektaş limanından yük götürərək Türkiyəyə yola düşəcək.
Qeyd edək ki, “Hüseyn Cavid” gəmisi 2016-cı ildən Azərbaycan bayrağı altında xarici sularda üzür. Uzunluğu 108,33, eni 16,74 metr olan üzən vasitə 5200 ton yükgötürmə qabiliyyətinə malikdir.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi