Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
29 Avq 11:58Olke
Qaz Emalı Zavodu tender elan edir
SOCAR Qaz emalı zavodunun Yanğınsöndürmə vasitələri və nişanlarına olan tələbatını təmin etmək məqsədi ilə tenderin müddətinin uzadılmasını elan edib.
Tenderdə iştirak etmək üçün müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi təqdim edilməlidir.
Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 3 sentyabr 2020-ci il, saat 16:30-a qədər Azərbaycan və ya ingilis dillərində satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.
Tələb olunan sənədlərin surətləri satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək satınalan təşkilata təqdim edilməlidir.
Müsabiqə təklifi bir əsli və 2 surəti olmaqla ən geci 9 sentyabr 2020-ci il, saat 11:00-a qədər satınalan təşkilata təqdim olunmalıdır. Müsabiqə təklifi ayrı-ayrılıqda maliyyə və texniki təklifdən ibarət olmaqla hazırlanmalı və təqdim edilməlidir.
Müsabiqə zərflərinin açılışı günü texniki təkliflər ayrı, maliyyə təklifi ayrı zərflərdə qəbul ediləcək.
Müsabiqə təkliflərinin açılışı iki mərhələli formada yerinə yetiriləcək. Yəni, maliyə və texniki təkliflər hər biri möhürlənmiş ayrı zərfdə qəbul edildikdən sonra ilk olaraq texniki təkliflərin qiymətləndirilməsi aparılacaqdır.
Texniki və maliyyə təklifləri eyni zərfdə təqdim etmiş iddiaçıların təklifləri qəbul edilməyəcəkdir.
Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.
Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan və ya ingilis dilində əldə etmək istəyənlər LOT 2 üzrə - 59,00 manat və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I qrafada göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:00-a kimi ala bilərlər.
Geniş məlumatı və əsas şərtlər toplusunu bu keçiddən əldə edə bilərsiniz.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi