Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
23 Avq 09:21Olke
Millət vəkili: “Bəzi deputat yoldaşlarımın toyda iştirak etməsinə təəssüflənirəm”
“Ölkəmizdə artıq 7-ci aydır ki, pandemiya səbəbindən karantin elan olunub. Milli Məclis pandemiya dövründə qanunlar qəbul edib. Pandemiyanın qarşısını almaq üçün hər bir tədbir görülüb və qanunlar da qəbul olunub. Nazirlər Kabinetində Baş nazirin rəhbərliyi altında Operativ Qərargah yaradılıb”.
Respublikaxəbər.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Eldar Quliyev deyib.
Onun sözlərinə görə, hər gün insanlara COVİD-19-la bağlı məlumatlar verilir: “Kimliyindən asılı olmayaraq heç kəs toy, yas və nişan mərasimləri keçirə bilməz”.
Eldar Quliyev bildirib ki, belə bir toyu hansısa adi adamın deyil, ölkə rəhbərliyində təmsil olunan şəxsin etməsi qəbuledilməzdir: “Bu toyu tanınmış və savadlı şəxslər edib. Bu yolverilməzdir. Tanınmış ziyalıların karantin müddətində toy etməsini qəbul edə bilmirəm. Bu hadisəni qınayıram. Eyni zamanda, bəzi deputat yoldaşlarımın da toyda iştirak etməsinə təəssüf edirəm. Dövlətin öz qanunları var. Hər birimiz o qanunlara riayət etməliyik. Qanunda da göstərilib ki, qaydaları pozanlar cəzalandırılmalıdır. Unutmayaq ki, qanun şahdır, şah qanun deyil. Artıq toy edən valideynlər qanun qarşısına çıxaraq cəzalandırılıblar”.
Parlamentarinin sözlərinə görə, heç bir deputatın qaydaları pozmağa ixtiyarı yoxdur: “Ölkə Prezidenti və Birinci vitse prezident bu məsələni daima diqqət mərkəzində saxlayır və insanların sağlamlığının qorunması istiqamətində xeyli işlər görülür. Deputat parlamentdə seçiciləri təmsil edir. Biz seçicilərimizə nümunə olmalıyıq. Biz deputatlar seçilmiş insanlarıq. Hər birimiz ali təhsilli, savadlı, ziyalı şəxslərik. Türkiyədə belə bir ənənə var. Hətta sabiq millət vəkilinə “sayın millət vəkilim” deyə müraciət edirlər. Bu ənənə bizdə də olmalıdır. Biz hər kəsin qarşısında nümunəvi addımlarımızla seçilməliyik. Göstərməliyik ki dövlətin qanunu hər şeydən vacibdir. Dövlət bu qanunu qəbul edibsə biz o qanunlara birmənalı olaraq əməl etməliyik. Parlamentdə əyləşən hər bir deputat ziyalıdır. Qəbul etdiyimiz qanunları pozmağa ixtiyarımız yoxdur”.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ