Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
22 Avq 10:54Olke
Hafiz Hacıyev: “Ramiz Mehdiyev və orada çıxış edənlər həbs olunmalıdırlar”
“Ramiz Mehdiyevin nəvəsinə karantin vaxtı toy etdiyini eşidəndə və məclisdən videonu görəndə bir daha əmin oldum ki, onun barəsində bu günə qədər dediklərimdə yanılmamışam”.
Bu sözləri Respublikaxəbər.az-a Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinə toy etməsi, həmin məclisdə vəzifəli şəxslərin iştirak etməsi barədə danışarkən bildirib.
H.Hacıyev qeyd edib ki, R.Mehdiyev ölkədə dövlət içində “dərin hökumət” yaradır və prezidentə xəyanət edir:
“Mən həmişə bunu deyirdim və bu gün baş verənlər sözlərimi növəbti dəfə təsdiqlədi.
Üstəlik, keçmiş rektor Abel Məhərrəmovun ona yaltaqlanmasını, ucuz, yersiz sözlər deməsini, tost söyləməsini görəndə çox üzüldüm. Biz Qərbi azərbaycanlılar bu cür məddahlığı bəyənmirik. Bu məclisdə Ramiz Mehdiyev prezidentə hörmətsizlik göstərib, qanunları saymadığını nümayiş etdirib”.
MMP sədri deyib ki, kimsə 5-10 nəfərlə nişan keçirəndə, yaxud ad günü təşkil edəndə dərhal həmin məclisin təşkilatçıları və iştirakçıları saxlanılır, inzibati qaydada məsuliyyətə cəlb olunur, cərimələnir:
“Mən istərdim ki, bizim hüquq-mühafizə orqanlarımız bu məsələyə göz yummasınlar. Xahiş edərdim ki, hörmətli Baş prokuror Kamran Əliyev və Daxili İşlər naziri cənab Vilayət Eyvazov göstəriş versinlər, ciddi tədbir görülsün.
Hesab edirəm ki, Ramiz Mehdiyev və orada çıxış edənlər həbs olunmalıdırlar. Həmin toy mərasimində bütün karantin qaydaları pozulub, heç bir sosial məsafə gözlənməyib, üstəlik, toy keçirilməsi Nazirlər Kabinetinin qərarı ilə qadağan edilib. Həmin məclisin təşkilatçıları və iştirakçıları demək istəyirlər ki, biz dövlət rəhbərini, Azərbaycanın qanunlarını saymırıq”.
H.Hacıyev əlavə edib ki, bu hadisə xalqı prezidentin üstünə qaldırmağa hesablanmış təxribatdır:
“Cənab prezident həmin şəxslər barəsində tədbir görməlidir. Məclisdə olanlardan vəzifədə olanı işdən azad edilməlidir. Vəzifədə olmayanlar isə prezidentə qarşı oyunda yer alanlardır.
Bu, Ramiz Mehdiyevin dövlət başçısını saymamasıdır, mənəm-mənəmlikdir, heç kəslə hesablaşmıram, “mafiya babasıyam” deməkdir, “Eldar Həsənov da mənimlədir” mesajıdır. Mən bundan qabaq da müsahibəmdə bildirmişdim ki, Ramiz Mehdiyevin çöldə qalması cinayətdir. Yəni, onu dindirsələr, nə oyun qurduğu üzə çıxacaq.
Əks halda belə fikir formalaşacaq ki, ölkədə qarışıqlıq yaratmağa hazırlaşır. Belə çıxır ki, qanun kasıb üçündür. Necə olur ki, prezident bütün qaydalara əməl edir, amma bu adamlar qanunları saymırlar. Bu gedişlə biz partiya olaraq Ramiz Mehdiyevin təxribatçı hərəkətlərinə etiraz olaraq icazəli aksiyalara başlamalı olacağıq”.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ