Yeni XəbərLər
				
				
					
	“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
	31.12
	"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
	19.10
	Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
	20.09
	Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
	20.09
	FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
	14.09
	BAKIDA BU YOLLARDA SIXLIQ VAR
	12.09
				
			
					Arxiv
				
				
			
					Sorğu
				
				Оцените работу движка
		21 Avq 10:12Olke
	
	Azərbaycanda 1500 test keçiriləcək
Azərbaycanda COVID-19 pandemiyası çərçivəsində aparılan seroloji testlər tam təhlükəsizdir.
Bu barədə Respublikaxəbər.az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev məlumat verib.
“İnsanlar xəstəliyi asimptomatik formada keçirdikləri üçün bunun fərqinə varmırlar. Təbii olaraq, şikayət olmadığı üçün analiz və test verməyə də ehtiyac qalmır. Seroloji testlərin keçirilməsi bu baxımdan önəmlidir. Biz bilməliyik ki, bu xəstəlik növbəti təmaslarda bizə nə dərəcədə təhlükə yarada bilər. Çünki koronavirusa yoluxan insanların qanında virusa qarşı anticisimlər yaradır. Bu anticisimlər isə bizi bir sonrakı viruslarla təmasdan da qorumuş olur.
Seroloji testlər payız aylarında yayılan digər virus infeksiyaları ilə bağlı hər hansı qoruyuculuq barədə məlumat vermir. Əksinə, bu testlərin keçirilməsində məqsəd ölkə əhalisinin təxminən nə qədər hissəsində koronavirusa (COVID-19) qarşı formalaşmış immunitetin səviyyəsinin öyrənilməsidir”.
V.Əliyev seroloji testlərin dövlət tərəfindən ödənişsiz keçiriləcəyini vurğulayıb. O bildirib ki, testlər 18-65 yaş qrupunda olan insanlar arasında keçiriləcək:
“Testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə aparılır. Yəni, istəməyən şəxs seroloji test verməyə bilər. Çağrı mərkəzindən təsadüfi seçilmiş şəxslərlə əlaqə saxlanılır və onlara testdən keçmək təklif olunur. Razılıq verildiyi təqdirdə həmin şəxsin evinə yaşadığı ərazi üzrə poliklinikadan xüsusi təlim keçmiş tibb bacısı göndərilir. Seroloji testlər Bakı, Sumqayıt, Gəncə şəhərlərində keçirilir. Təxminən 1500 test həyata keçiriləcək. Nəticədə biz Azərbaycanda əhalinin nə qədər hissəsində bu virusa qarşı anticisimlərin olub-olmamasını öyrənmiş olacayıq”.
Sənəm Əliyeva
Yorum ekle
		
						Xəbərlər
						
						
							“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
						
					
							Istifadəçi Girişi
						
						
					
							Populyar Xəbərlər
						
						

