Sorğu
Оцените работу движка

20 Avq 17:15Olke

Hande Harmancıdan Azərbaycanda koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA

Hande Harmancıdan Azərbaycanda koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA


“Azərbaycanda koronavirusa yoluxma sayında ciddi azalma müşahidə edilir”.

Bu barədə Respublikaxəbər.az-a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı açıqlama verib.

O bildirib ki, aylardır davam edən koronavirus pandemiyası ilə bağlı bir çox ölkələrdə qabaqlayıcı tədbirlərin nəticəsi olaraq yoluxma saylarında azalmalar qeydə alınıb:

“Aylardır davam edən pandemiya dövründə bəzi ölkələr Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əməl etdilər. Nəticədə, ictimai səhiyyənin bütün dünya ölkələrində müsbət təsir etdiyi məlum oldu.

Qabaqlayıcı tədbirlərin tətbiq edildiyi ölkələrdə virusa yoluxma və ölüm sayları azaldı, laqeyd yanaşılan ölkələrdə isə rəqəmlərdə artım özünü göstərdi. Bu gün Azərbaycanda da koronavirusa yoluxma sayında ciddi azalma qeydə alınıb”.

H.Harmancı ictimai səhiyyə dedikdə, sosial məsafənin gözlənilməsi, qoruyucu maskalardan və dezinfeksiya üsullarından istifadənin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

“Virus bütün ölkələrdə insanların həyat tərzinə və ölkələrin iqtisadi vəziyyətinə ciddi ziyan vurub”, - deyən H.Harmancı xəstəliklə mübarizədə bütün ölkələri diqqətli olmağa çağırıb.



Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi