Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
19 Avq 09:31Olke
Yeni həyat tərzinə uyğunlaşmamaq bizi yenidən sərt karantinə apara bilər
İctimai iaşə obyektləri fəaliyyətini bərpa etsə də, unutmaq lazım deyil ki, yeni həyat tərzinə uyğunlaşmamağın sonu yenidən sərt karantinə apara bilər. Ölkədə koronavirusa yoluxma sayı azaldıqca hökumət karantin rejiminin yumşaldılması istiqamətində müvafiq addımlar atır. Ümumbəşəri bəlaya çevrilən virus bütün dünyanı iflic edib, iqtisadiyyatlar çökür, işsizlik baş alıb gedir, dövlət vətəndaşlara və biznesə maliyyə yardımı göstərməkdə davam edir. Bu prosesin nə qədər davam edəcəyi isə hələ məlum deyil.
Oxu.Az xəbər verir ki, dövlətimiz öz vətəndaşına və sahibkarına əlindən gələn köməyi artıqlaması ilə edir ki, o, həm sağlamlığını qorusun, həm də maddi baxımdan ayaqda dura bilsin. İqtisadiyyata və sahibkarlığa maliyyə dəstəyi, məşğulluğun qorunması və sosial rifaha dəstək tədbirləri həyata keçirilib, dövlət sektorunda çalışan 900 min nəfərin iş yeri və əməkhaqqı qorunub, özəl sektorda isə 760 min nəfərin işsizliklə üzləşməsinin qarşısı alınıb. Bu günlərdə İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərinə növbəti mərhələdə 250 manat həcmində maliyyə dəstəyinin göstərilməsinə start verib.
Birinci mərhələdə birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilir. Yaxın zamanlarda isə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi prosesinə başlanılacaq. Bütün bunların timsalında bir daha görürük ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır, onun sağlamlığını və rifahını qorumaq, təhlükəsiz həyat tərzini təmin etmək məqsədilə heç nəyi əsirgəmir.
Təəssüf ki, yoluxma sayının azalmasına görə arxayınlaşan, maskasını cibində, qolunda, alnında, çənəsində gəzdirən insanlara rast gəlirik. İşlədiyi kollektivdə, alış-veriş etdiyi obyektlərdə sanitar-epidemioloji qaydalara əməl etməyən insanlar məsuliyyət hissini itirirlər. Onlar tək özləri və yaxın ətrafları üçün deyil, həmçinin bütöv cəmiyyət üçün təhlükə mənbəyinə çevrilirlər. Dövlət qurumları, xüsusilə İqtisadiyyat Nazirliyi tərəfindən mütəmadi olaraq keçirilən monitorinqlərdə çoxsaylı karantin qaydalarının pozuntusu halları aşkara çıxarılır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də ticarət obyektlərinə maskasız daxil olan insanlar müşahidə edilir.
Avrustun 18-dən ölkəmizdə bir sıra fəaliyyət sahələrinin, o cümlədən insanların uzun müddət gözlədikləri restoran-kafe fəaliyyəti, nəhayət, bərpa olunur. Biznes sahibləri özləri maraqlı olmalıdırlar ki, karantinin yumşaldılması ilə fəaliyyətə başlayan sahələr yoluxmanın artması ilə yenidən qapanmasın. Bunun üçün isə müvafiq dövlət qurumları tərəfindən təsdiq olunmuş sanitar-tibbi-gigiyenik-epidemioloji normalara əməl edilməlidir. Nazirlər Kabineti tərəfindən demək olar ki, bütün sahələri, o cümlədən ictimai iaşə, ticarət, xidmət, turizm və s. sahibkarlıq fəaliyyətini əhatə edən normativlər müəyyən olunub. Bu qaydalarda dəqiq və aydın şəkildə pandemiya dövründə davranış kriteriyaları, standartları əks etdirilib.
İctimai iaşə obyektlərində epidemioloji qaydalara riayət edilməsi üçün ölkəmizdə xeyli sayda maska və gigiyenik məhsullar ehtiyatı mövcuddur, qıtlıq müşahidə olunmur. Satışda kifayət qədər maska, antiseptik və dezinfeksiya vasitələri var. Həmçinin sahibkarlara bu sahədə bəzi güzəştlər verilib və qanunvericliklə tənzimlənir. Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, epidemiyanın qarşısının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyiciləri tərəfindən aparılan zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclər məhdudiyyət qoyulmadan xərclərdən çıxıla bilər.
İctimai iaşə müəssisələri fəaliyyətə başladıqdan sonra məsul qurumlar mütəmadi keçiriləcək monitorinqlər zamanı qayda pozuntusuna yol vermiş obyektlərə qarşı qanunvericilik çərçivəsində müvafiq tədbirlər görəcək. Burada cərimələr əsas təsiredici qüvvəyə malikdir. İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin (epidemiya əleyhinə rejimin, sanitar-gigiyena və karantin rejimlərinin pozulması) tələblərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 3.000 manatdan 4.000 manatadək, hüquqi şəxslər 4.000 manatdan 10.000 manatadək məbləğdə cərimə ediləcək. Hətta xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs cəzası da tətbiq oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin (Epidemiya əleyhinə rejim, sanitar-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) tələblərinin pozulmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 yüz manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. Qeyd olunan qanun pozuntusu halları bir il ərzində təkrar törədildiyi halda, fiziki şəxslərə 200 manat, vəzifəli şəxslərə 400 manat, hüquqi şəxslərə 800 manat məbləğində cərimə nəzərdə tutulur.
Virusla mübarizədə müsbət dinamikanın əldə olunması sayıqlığımızı itirməyə əsas vermir. Əksinə, karantin rejiminin yumşaldılması indi bizi daha ehtiyatlı olmağa məcbur edir. Çünki bir çox iş yerlərinin açılması ilə insan sıxlığının çoxalması yoluxma təhlükəsini xeyli artırır. Tibbi maskadan istifadə etmək, sosial məsafə saxlamaq, bütün sanitar-epidemiloji və gigiyenik qaydalara əməl etmək normal sosial-iqtisadi həyata davam etməyimizin başlıca şərtidir. Həyat tərzimiz dəyişməlidir – əks halda, bağlamağa çalışdığımız qapıları bir də döyməli olacağıq.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər