Sorğu
Оцените работу движка

12 Avq 09:45Olke

Liftin şaxtasına yıxılan sakin xəsarət aldı

Liftin şaxtasına yıxılan sakin xəsarət aldı



Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda bir nəfərin liftin şaxtasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş tikintisi başa çatmayan binanın birinci mərtəbəsində olarkən ehtiyatsızlıqdan lift üçün nəzərdə tutulan boşluğa yıxılıb və xəsarət alıb.

Xilasedicilər, təhlükəsizlik qaydalarına riayət etməklə, vətəndaşı şaxtadan çıxarıblar. Xilas olunan şəxs hadisə yerinə cəlb olunan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib.



Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi