Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
05 Avq 17:48Olke
Maskotlar vətəndaşları məlumatlandıracaq - FOTO

Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) fəaliyyətə başladığı ilk günlərdən etibarən respublikanın şəhər və rayonlarında könüllüləri səfər edib, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsini həyata keçirib.
Ötən aylarda könüllülər tərəfindən icra olunan “Bir-birimizi qoruyaq!” kampaniyası çərçivəsində vətəndaşların maarifləndirilməsi məqsədilə bir çox kreativ layihələr keçirilib.
Hazırda xüsusi karantin rejiminin qaydaları çərçivəsində könüllülər ictimai məkanlarda vətəndaşların maarifləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirir, sosial məsafə, maskadan istifadə və qaydalara düzgün riayət edilməsinin vacibliyini insanların diqqətinə çatdırırlar.
Görülən işlərin daha geniş çərçivədə təsir qüvvəsini artırmaq məqsədilə növbəti maraqlı addım atılıb.
Belə ki, könüllülərin ərazidə olmadığı müddətdə vətəndaşlara pandemiya dövründə əsas davranış qaydalarını xatırladacaq xüsusi maskotlar ölkə ərazisində sərt karantin rejimi tədbiq edilmiş rayon və şəhərlərdə ictimai məkanların qarşısında yerləşdiriləcək.
“Məsafə saxla və sağlamlığının qeydinə qal!”, “Bir-birimizi qoruyaq!”, “Maskadan istifadə et, özünü qoru!” şüarları yazılmış maskotlar yerləşdirildikləri ərazidə sakinlərə pandemiyanın xüsusi qaydalarına əməl etməklə bağlı daim xatırlatma etməklə virusun yayılmasının qarşısını almağa töhfə vermiş olacaqlar.



Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi

Populyar Xəbərlər