Sorğu
Оцените работу движка

03 Avq 11:02Olke

Bakıda axtarışda olan qadın mənzildən oğurluq etdi

Bakıda axtarışda olan qadın mənzildən oğurluq etdi


Bakıda mənzildə oğurluq hadisəsi baş verib.

Respublikaxəbər.az-ın xəbərinə görə, hadisə avqustun 1-də günorta saatlarında paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

Belə ki, naməlum şəxs evə açıq qapıdan keçməklə içərisində 40 manat və 50 avro pul, 180 manat dəyərində qızıl-zinət əşyaları, saat və sənədlər olan iki ədəd əl çantasını oğurlayıb.

Faktla bağlı başlanılan cinayət işi üzrə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən 1992-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə (177, 234, 231, 185) məhkum olunmuş və CM-nin 177-ci (oğurluq), 180-ci (soyğunçuluq) maddələri ilə axtarışda olan Günay Abdullayeva saxlanılıb.

Faktla bağlı başlanılan cinayət işi üzrə əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi