Sorğu
Оцените работу движка

31 İyl 20:03Olke

Polis qurbanlıq heyvanların satışının həyata keçirildiyi ərazilərdə reyd keçirdi - FOTO

Polis qurbanlıq heyvanların satışının həyata keçirildiyi ərazilərdə reyd keçirdi - FOTO


Pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən kənarda satışa və kəsimə icazə verilmir.

Bu məqsədlə qurbanlıq heyvanların nəzərdə tutulmayan yerlərdən kənarda satışına və kəsiminə qarşı gücləndirilmiş iş rejimində xidmət aparan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktik tədbirlər keçirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyinə istinadən Respublikaxəbər.az məlumat yayıb.

Bildirilib ki, qurbanlıq heyvanların satışının həyata keçirildiyi ərazilərdə sosial izolyasiya qaydalarına riayət olunması, eləcə də, təhlükəsizliyin təmin edilməsi üçün xidmət təşkil edilib.

Yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb, onlardan sosial izolyasiya qaydalarına riayət etmələri tələb olunub.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq qurbanlıq heyvanların onlayn satış yarmarkalarının təşkil olunmasına baxmayaraq ayrı-ayrı şəxslər tərəfindən pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərini pozan şəxslər müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunublar.

Qeyd olunanları nəzərə alaraq, bir daha vətəndaşlarımızı xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bütün qaydalara əməl etməyə çağırırıq.


Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi