Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
15 Avq 04:23Olke
Məktəbli formalarını tikdirmək olmaz? - Rəsmi cavab
Hövsan qəsəbəsində bir neçə məktəbdə valideynlərə uşaqlarına məktəbli formasını mütləq Bakı Tikiş Evindən almaları ilə bağlı tapşırıq verilməsi haqda məlumat yayılıb.
Bu barədə operator Elşad Mətləboğlu paylaşım edib. Onun sözlərinə görə, bununla bağlı tapşırığı qəsəbədə yerləşən 281 və 196 nömrəli məktəblərin direktorları müəllimlərə verib.
Sözügedən paylaşım müzakirələrə səbəb olub. Vətəndaşlar bildirib ki, bu məsələdə valideynlərin seçiminə qarışmaq monopoliya yarada bilər.
281 nömrəli tam orta məktəbdən Qafqazinfo-ya verilən məlumata görə, deyilənlər həqiqəti əks etdirmir: “Elə şagirdlər var ki, onların ötən ildən qalma məktəbli formaları var. Əsas odur yeni tədris ilində məktəbli formasında gəlsinlər. Haradan almalarının önəmi yoxdur”.
196 nömrəli tam orta məktəbdən də bildirildi ki, xüsusi olaraq hər hansı şirkətdən forma almaları ilə bağlı tapşırıq verilməyib: “Nazirlik hansı tapşırığı veribsə bizdə də odur. Haradan alacaqları isə deyilməyib”.
Məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyindən bildirilib:
“Elm və Təhsil Nazirliyinin nümayəndələri öz çıxışlarında da qeyd edib ki, vətəndaşlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş formaları satış mərkəzlərindən ala da bilərlər və ya özləri də tikdirə bilərlər”.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarla məktəblər tərəfindən 4 rəngdə geyim formasından birinin seçilməsi nəzərdə tutulur.
Paytaxt ərazisində məktəbli formalarının 18 satış məntəqəsi mövcuddur.

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi