Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
03 Mar 19:40Olke
Ceyhun Bayramov Qambiyanın xarici işlər naziri ilə görüşüb
RESPUBLİKAXƏBƏR.AZ xəbər verir ki,3 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Mamadu Tanqara ilə görüşüb.
XİN-dən RESPUBLİKAXƏBƏR.AZ-a bildirilib ki, görüş zamanı Azərbaycan və Qambiya arasında əməkdaşlığın inkişafı, həmçinin regionda və dünyada mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov, Azərbaycan və Qambiya arasında ikitərəfli, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), həmçinin QH çərçivəsində əməkdaşlığın təqdirəlayiq olduğunu bildirib. Xarici işlər naziri Ceyhun Bayramov həmçinin qarşı tərəfi post-münaqişə dövründə bölgədə mövcud vəziyyət barədə ətraflı məlumatlandırıb.
44-günlük Vətən Müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə mövcud mina təhlükəsindən bəhs edən nazir Ceyhun Bayramov, bu xüsusda artıq 282 nəfərin mina qurbanı olduğunu, habelə 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatından sonra Ermənistan tərəfindən 2021-ci ildə bu ölkədə istehsal olunmuş minaların Azərbaycan ərazilərində basdırılması faktlarını diqqətə çatdırıb.
Nazir Mamadu Tanqara öz növbəsində münasibətlərin daha da inkişaf etdirilməsi üçün mövcud potensialdan istifadə edilməsinin zəruriliyini qeyd edib. Qambiya naziri İƏT və QH-ya üzv dövlətlərin vətəndaşları üçün nəzərə tutulmuş təhsil qrantları və proqramlarında Qambiya vətəndaşlarının aktiv iştirak etdiyini diqqətə çatdırıb, bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi potensialını qeyd edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
RESPUBLİKAXƏBƏR.AZ

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi