Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
23 İyl 15:57Olke
Deputat Ermənistan təhlükəsi barədə Çexiya səfirini məlumatlandırdı - FOTO
İyulun 23-də Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Çex Respublikasının ölkəmizdəki səfiri Milan Ekert ilə onlayn görüş keçirib.
Bu barədə Respublikaxəbər.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrinin, siyasi-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial olduğunu vurğulayıb. İkitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin mühüm rol oynadığını qeyd edib.
Başçılıq etdiyi işçi qrupun bu ilk görüşündə günün aktual məsələlərinə toxunan Milli Məclisin deputatı öncə yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlərdən söz açıb. Nazirlər Kabineti yanında operativ qərargah fəaliyyətindən danışan millət vəkili yoluxmanın qarşısını almaq üçün görülən işlərdən söz açıb.
O qeyd edib ki, Azərbaycan COVID-19-la mübarizə məqsədilə dünyanın 30 ölkəsinə yardım edib, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları ayırıb.
Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının COVID-19-la mübarizəyə həsr olunmuş Zirvə toplantıları keçirilib, BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü dünyanın 130 ölkəsi tərəfindən dəstəklənib.
İşçi qrupun rəhbəri Elnur Allahverdiyev səfirin diqqətinə çatdırıb ki, dünyanı cənginə almış olan pandemiyaya baxmayaraq qonşu Ermənistan təcavüzkarlıq əməllərindən əl çəkmir. İyulun 12-də dövlət sərhədinin Tovuz rayonu ərazisində işğalçı Ermənistan daha bir təxribata əl atıb. Bir neçə gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan 12 şəhid verib, bir mülki vətəndaş həyatını itirib, əhalinin mülkünə və infrastruktura böyük ziyan dəyib.
Dağlıq Qarabağdan uzaqda yerləşən, ermənilərin hücum etdiyi Tovuz bölgəsinin yalnız Azərbaycan üçün deyil, Avropa ölkələri və digər ölkələr üçün xüsusi strateji mövqedə yerləşməsi Çexiya səfirinin diqqətinə çatdırılıb. Təcavüzkarın əsl simasının Çexiya rəhbərliyinə və ictimaiyyətinə tanıdılması, Ermənistan tərəfindən törədilən təxribatın gerçək mahiyyətinin ifşa olunmasının vacibliyi vurğulanıb.
Sonra videokonfransda Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov ermənilərin Tovuzla sərhəddə törətdikləri hərbi-siyasi təxribat barədə ətraflı məlumat verib.
Görüşdə iştirak edən millət vəkili Fatma Yıldırım 23 iyul tarixinin Ağdamın işğalı günü olduğunu qeyd edib. 27 ildir ki, Ağdamın erməni təcavüzkarları tərəfindən qəsb olunduğu vurğulanıb.
Deputat Jalə Əhmədova Tovuz bölgəsində baş vermiş hadisələrlə əlaqədar Los Ancelesdə soydaşlarımızın keçirdiyi etiraz aksiyası zamanı erməni diasporunun törətdikləri vəhşiliklərdən söz açıb, Azərbaycan bayrağına edilən hörmətsizliyin bütün beynəlxalq aləmdə qınanmalı olduğunu vurğulayıb.
Hazırkı pandemiya dövründə ünsiyyətin onlayn modelindən istifadə imkanı yaradıldığına görə təşəkkür edən Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert iyulun 12-dən etibarən Tovuz bölgəsində baş verən erməni təcavüzü nəticəsində yaranmış vəziyyətdən narahat olduqlarını bildirib, insan tələfatına səbəb olmuş təxribatı qətiyyətlə pisləyib.
Səfir münaqişənin danışıqlar yolu ilə nizamlanmasının vacibliyini qeyd edib. Ölkələrimiz arasında çoxtərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirən səfir Milan Ekert Parlamentlərarası əlaqələrin genişlənməsinin hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib, görüşlərin və təcrübə mübadiləsinin intensivləşməsinin vacib olduğunu vurğulayıb.
Səfir videokonfrans formatında növbəti dəfə iki ölkənin parlamentləri arasında görüş təşkil olunmasını təklif edib.
Səfir Milan Ekert Milli Məclisin deputatlarına məlumat verib ki, iyulun 24-də Praqada azərbaycanlılar Azərbaycan-Ermənistan sərhədində baş vermiş təxribatla əlaqədar etiraz aksiyası keçirəcəklər.
Videokonfransda Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, Çex Respublikasının Azərbaycandakı səfirinin müavini Daniel Putik iştirak edirdilər.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər