Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
11 Avq 16:06Olke
TDT-yə üzv ölkələrin dini liderlərinin Azərbaycanda görüşü olacaq
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 11-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edib.
QMİ-nin mətbuat xidmətindən Respublikaxəbər.az-a verilən xəbərə görə, Allahşükür Paşazadə Azərbaycanın dostu olan Bağdad Amreyevi ölkəmizdə görməkdən olduqca şad olduğunu bildirib. Amreyevin rəhbərlik etdiyi Türk Dövlətləri Təşkilatının böyük və dəyərli işlər gördüyünü qeyd edən QMİ sədri son illər türk birliyinin güclənməsi yönündə atılan addımların əhəmiyyətindən danışıb. Şeyxülislam Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında tarixi dostluq, qardaşlıq münasibətləri zəminində inkişaf edən və dərinləşən dini-mənəvi əlaqələrdən söhbət açıb.
Azərbaycan Prezidenti İlham Əliyevin milli-mənəvi irsə qayğı və himayəsini yüksək qiymətləndirən QMİ sədri milli və mənəvi dəyərlərinə sadiq ölkəmizin ortaq tarixə malik, eyni dini-mənəvi dəyərləri bölüşən qardaş xalqların Türk Dövlətləri Təşkilatının yüksəlişi yönündə səylərini xüsusi qeyd etdi. Şeyxülislam Amreyevin onu ziyarət etməsini TDT Baş katibinin İslam dininə ehtiramının təcəssümü kimi dəyərləndirib. Bildirib ki, Türk Dövlətləri Birliyinə üzv ölkələrin müsəlman dini liderləri dövlət başçılarımızın qardaş xalqlarımız naminə müştərək fəaliyyətlərinə ruhən dəstək vermək məramındadırlar və TDT ideyalarının insanların qəlblərinə, mənəviyyatına çatdırılması üçün dini-mənəvi müstəvidə səylərini əsirgəmirlər.
Söhbət əsnasında Şeyxülislam Allahşükür Paşazadə Bağdad Amreyevin rəhbərlik etdiyi təşkilat tərəfindən Azərbaycana 44 günlük Vətən müharibəsi günlərində nümayiş etdirilmiş qardaş dəstəyinə görə minnətdarlığını ifadə etdi, habelə bu yaxınlarda ölkəmizin Londondakı səfirliyinə edilmiş vandal hücumu qətiyyətlə qınadıqlarına, ölkəmizi birmənalı dəstəklədiklərinə görə Türk dövlətlərinə təşəkkürlərini bildirib.
Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Azərbaycanın, Qafqazın dini lideri ilə görüşməyi şərəf saydığını qeyd edərək, Şeyxülislam A. Paşazadənin şəxsiyyətinə və fəaliyyətinə böyük dəyər verdiyini bildirdi. Amreyev xüsusi qeyd edib ki, Türk Dövlətləri Birliyinə üzv ölkələrin müsəlman dini liderlərinin Şurasının yaranması təşəbbüsünün müəllifi olan Şeyxülislam Allahşükür Paşazadənin bu ideyanın reallaşmasına töhfələri böyükdür. Qonaq TDT üzv ölkələrin qarşıdakı noyabr zirvəsindən danışdı və Özbəkistanda baş tutacaq bu görüşdə nəzərdə tutulan işlər barədə məlumat verdi. Bağdad Amreyev TDT üzv ölkələrin müsəlman dini liderlərinin oktyabrda Azərbaycanda baş tutacaq görüşünün önəmini xüsusi vurğuladı və bu görüşün yüksək səviyyədə gerçəkləşəcəyinə əmin olduğunu bildirdi. İslam dininin birləşdirici rolunu və qardaş türk xalqlarının birliyi üçün bu ortaq dəyərin mühüm önəm kəsb etdiyini vurğulayan Amreyev bu amilsiz türk birliyinin zəif ola biləcəyinə diqqəti çəkdi. Daha sonra TDT üzv ölkələrin müsəlman dini liderlərinin oktyabr görüşündə qəbul ediləcək sənədin detalları müzakirə olunub. Bildirilib ki, bu TDT çərçivəsində türk dövlətlərinin müsəlman dini liderlərinin mövcud əlaqələrinin daha da təkmilləşməsi naminə təşkilati müstəvidə yeni addımlar atılması məqsədəuyğundur.
Respublikaxəbər.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi