Sorğu
Оцените работу движка

11 Avq 10:49Olke

Bakı məktəblərinə işə qəbul müsabiqəsi elan edilib

Bakı məktəblərinə işə qəbul müsabiqəsi elan edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilib.

Respublikaxəbər.az APA-ya istinad olaraq məlumat verir ki, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər avqustun 11-dən anket.edu.az portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat prosesi avqustun 22-si saat 18:00-da başa çatacaq.

Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcək.

Müsabiqənin test imtahanı mərhələsində namizədlərə 35 sual (25 təhsil qanunvericiliyi, 5 məntiq, 5 informatika) veriləcək. Test imtahan nəticəsi məqbul hesab edilən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Qeyd edək ki, təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Respublikaxəbər.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi