Yeni XəbərLər
				
				
					
	“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
	31.12
	"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
	19.10
	Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
	20.09
	Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
	20.09
	FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
	14.09
	BAKIDA BU YOLLARDA SIXLIQ VAR
	12.09
				
			
					Arxiv
				
				
			
					Sorğu
				
				Оцените работу движка
		23 İyl 09:13Olke
	
	Aİ rəsmisi ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında üçtərəfli telefon danışığı oldu
Bu gün Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi və Komissiya rəhbəri Cozep Borrell ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli telefon danışığı olub.
Bununla bağlı Avropa İttifaqının rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilib ki, tərəflər son günlər Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarını müzakirə ediblər.
C.Borrell həlak olanların ailələrinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.
Müzakirələr zamanı Borrell hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa və gərginliyə səbəb olan hərəkət və ritorikalardan, eləcə də gələcək təhdidlərdən çəkinməyə çağırıb.
Ali nümayəndə tərəfləri atəşkəsə sadiq olduğunu təsdiqləməyə və gərginliyin daha da artmaması üçün təcili tədbirlər görməyə çağırıb. O bildirib ki, bu kontekstdə Ermənistan və Azərbaycan birbaşa ünsiyyət mexanizmindən, ATƏT-in Minsk Qrupu həmsədrlərinin, habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rəhbərlik etdiyi müəyyən edilmiş formatdan istifadə etməlidirlər.
Sənəm Əliyeva
Yorum ekle
		
						Xəbərlər
						
						
							“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
						
					
							Istifadəçi Girişi
						
						
					
							Populyar Xəbərlər
						
						

	