Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
04 Avq 11:36Olke
Postpandemiya dövründə Azərbaycan turizminin əsas hədəfləri müəyyən edilib
“Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası pandemiyadan sonra turizm sektorunun bərpasına yeni nəfəs verəcək”.
Respublikaxəbər.az xəbər verir ki, bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev avqustun 4-də keçirilən “Postpandemiya dövründə Azərbaycan turizmi” mövzusunda baş tutan konfransda çıxışı zamanı deyib.
Agentlik sədri strategiyanın icrasının ölkədə yeni turizm və rekreasiya zonaları yaradılmasına, daxili və gəlmə turizmində mövsümiliyin aradan qaldırılmasına və turizm sektorunun davamlı inkişafına dəstək olacağını bildirib.
Fuad Nağıyev Agentlik üçün postpandemiya dövründə turizm sahəsində biznes mühitinin yaxşılaşdırılması, hədəf turizm bazarları ilə nəqliyyat-kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi və şaxələndirilməsinin əsas fəaliyyət istiqamətlərindən biri olacağını qeyd edib.
Turizm sənayesi nümayəndələrinin ötən dövr ərzində səmərəli fəaliyyət göstərdiklərini və turizmin inkişafı istiqamətində görülən işlərdə yaxından iştirak etdiklərini qeyd edən Fuad Nağıyev turagentlikləri Azərbaycanı yenidən əcnəbi qonaqlar üçün seçilən turizm destinasiyasına çevirmək üçün aktiv fəaliyyət göstərməyə çağırıb.
Tədbir çərçivəsində ölkəyə səfər edən əcnəbilərin gəlmə statistikasını izləmək üçün Agentliyin rəsmi internet səhifəsində yerləşdirilən interaktiv panel bölməsinin təqdimatı keçirilib.
DTA-nın Turizm siyasəti və strategiyası şöbəsinin Statistika və araşdırmalar sektorunun müdiri Nicat Abbaslı toplantı iştirakçılarına ölkəyə səfər edən əcnəbi vətəndaşların sayı, cari ildəki vəziyyəti, ötən il və pandemiyadan əvvəlki dövr ilə müqayisəsini interaktiv paneldə nümayiş etdirib, informasiyaların tezliyi və əlçatanlığı haqqında ətraflı məlumat verib.
Eyni zamanda turizm sənayesi nümayəndələrinə “Turistlərin məmnunluğu və loyallığının təhlili” adlı araşdırma layihəsinin nəticələri təqdim olunub. Araşdırmaların Yaxın Şərq, Şimal-Şərqi Asiya, Cənubi Asiya və Amerika ölkələrindən olan turistlərə əsasən həyata keçirildiyi qeyd olunub.
Respublikaxəbər.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi