Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
03 Avq 14:58Olke
“AzInTelecom” və “Keyfiyyət Assosiasiyası” İB arasında memorandum imzalanıb - FOTO
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Respublikaxəbər.az APA-ya istinad olaraq məlumata görə, memorandumu “AzInTelecom”un sədri Elxan Əzizov və “Keyfiyyət Assosiasiyası” İB-nin sədri Samir Novruzlu imzalayıb.
Memorandumun məqsədləri tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi, hər iki qurumun fəaliyyət istiqamətlərinə uyğun olaraq birgə layihələrin həyata keçirilməsi, o cümlədən “AzInTelecom”da keyfiyyət infrastrukturunun beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması, mövcud idarəetmə sisteminin və bütövlükdə fəaliyyətin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin artırılması və davamlı olaraq yaxşılaşdırılmasından ibarətdir. Eyni zamanda məqsədlərə şirkətin mütəxəssislərinin hazırlanması, onların bilik və bacarıqlarının artırılması üçün təlimlərin təşkili, birgə nəşrlərin hazırlanması, çapı, paylanması yolu ilə təbliğat işlərinin aparılması, tərəflər arasında mütəxəssis və ekspertlərin mübadiləsi, həmçinin müxtəlif format və təyinatlı tədbirlərin keçirilməsi daxildir.
Qeyd edək ki, “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərinə cavab verən Bakı və Yevlaxda yerləşən 2 Əlçatanlıq Zonasına (Data Mərkəzi) sahibdir. Şirkətə məxsus AZCLOUD Data Mərkəzi dövlət və özəl sektora “Bulud infrastrukturu”, “Yerləşdirmə”, “AZCLOUD Drive”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Microsoft” məhsulları, “Oracle” məhsulları və “Virtual İP Telefoniya” kimi genişmiqyaslı və çoxşaxəli bulud xidmətlərini təqdim edir.
“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi Azərbaycanda keyfiyyət, idarəetmə, standartlaşdırma, sertifikatlaşdırma, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahələrinin inkişafı istiqamətində fəaliyyət göstərir.
2007-ci ildə təsis olunan KAİB keyfiyyəti idarəetmə, qida təhlükəsizliyi, peşə sağlamlığı, təhlükəsizliyi və digər sahələr üzrə bir çox layihələrdə məsləhətçi kimi çıxış edib, həmçinin beynəlxalq standartları tətbiq etmək istəyən müəssisə və təşkilatlara dəstək verir.
Respublikaxəbər.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi