Sorğu
Оцените работу движка

02 Avq 13:41Olke

Dəmir yolu ilə yükdaşımaların həcmi kəskin artıb

Dəmir yolu ilə yükdaşımaların həcmi kəskin artıb

Bu ilin yanvar-iyun ayları üzrə dəmir yolu vasitəsilə daşınan yüklərin həcmində müsbət artım tendensiyası müşahidə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “Respublikaxəbər.az”a verilən məlumata görə, yük daşımaları əməliyyatları üzrə ötən ilin eyni dövrü ilə müqayisədə ortalama 38% artım edib. Ən çox artım tranzit daşımalarında (48%) qeydə alınıb.
Tranzit rejimi üzrə yanacaq və energetika məhsullarının daşınması 2 dəfədən çox (192%), qida məhsullarında 80%, sənaye məhsullarında 2 dəfəyədək artım müşahidə olunub.

İxrac rejimi üzrə yanacaq və energetika məhsullarının daşınması 56% azalıb, mineral tikinti materiallarının daşınmasında 94%, kimyəvi məhsulların daşınmasında 77%, kimya sənayesi məhsulları üzrə isə 3 dəfəyədək artım mövcuddur.
Daxili daşınmalar üzrə yanacaq və energetika məhsullar üzrə 94%, mineral xammal məmulatları və mineral tikinti materialları daşınmasında 37%, sənaye və metallurgiya məhsulları üzrə isə 2 dəfəyədək artım mövcuddur.

İdxal rejimi üzrə ümumi yükdaşıma həcmində kəskin daşınma fərqləri mövcud olmamasına baxmayaraq yanacaq və energetika məhsullarının daşınmasında 4 dəfədən çox artım müşahidə olunub.

Respublikaxəbər.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi