Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
22 İyl 18:07Olke
Mikayıl Cabbarov BƏƏ-nin Azərbaycandakı səfiri ilə görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb.
"Respublikaxəbər.az" xəbər verir ki, nazir qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələrinin yüksək səviyyədə olduğunu, iqtisadi sahədə uğurlu əməkdaşlığı vurğulayıb, ölkəmizdəki fəaliyyətində səfirə uğurlar arzulayıb. Diqqətə çatdırılıb ki, Ticarət, qarşılıqlı investisiya qoyuluşu, KOB-ların dəstəklənməsi, logistika, turizm və s. sahələrdə əməkdaşlıq genişlənir. İqtisadi-ticarət tərəfdaşlığının inkişafında Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya, Azərbaycanın BƏƏ-də ticarət nümayəndəliyi və Dubayda Azərbaycan Ticarət Evi kimi platformaların əhəmiyyətli rolu var. İqtisadiyyat naziri işğaldan azad edilmiş ərazilərimizdə BƏƏ şirkətlərinin iştirakının təşviqi, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiqi ilə həyata keçirilən layihələr, sənaye, rəqəmsallaşma, 4-cü Sənaye İnqilabı və digər istiqamətlər üzrə tərəfdaşlıq üçün geniş imkanlar olduğunu bildirib, bu baxımdan biznes dairələrinin fəal əməkdaşlığının əhəmiyyətini qeyd edib.
BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, BƏƏ şirkətlərinin azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştiraka marağını vurğulayıb, əməkdaşlığın genişləndirilməsi üçün səy göstərəcəyini bildirib.
Görüşdə iki ölkə arasında iqtisadi-ticarət sahəsində tərəfdaşlığın inkişaf istiqamətləri müzakirə olunub.
Respublikaxəbər.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi