Sorğu
Оцените работу движка

22 İyl 14:11Olke

Rəşad Nəbiyev Naxçıvana səfər edib

Rəşad Nəbiyev Naxçıvana səfər edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.

Nazirlikdən "RESPUBLİKAXƏBƏR.AZ"a verilən məlumata görə, səfər çərçivəsində Rəşad Nəbiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb. Görüş zamanı ölkəmizdə rabitə, nəqliyyat, rəqəmsal inkişaf və digər məsələlər ətrafında həyata keçirilən işlər haqqında danışılıb. Həmçinin qeyd olunan sahələrdə MR-in aidiyyəti dövlət strukturları ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Sonra Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyində görüş keçirilib. MR-də rabitə və yüksək texnologiyalar sahəsində həyata keçirilən layihələr təqdim olunub, bu prosesdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) dəstəyi müzakirə edilib.

Səfər çərçivəsində Ordubadın Kotam kəndi ərazisində Zəngəzurla Naxçıvanı birləşdirən körpünün yerləşəcəyi yer və nəqliyyat infrastrukturu ilə tanışlıq olub.

Eyni zamanda nazir Culfa şəhərində İranla sərhəddə körpü və sərhəd-keçid məntəqəsinə baş çəkib, məntəqənin potensial imkanları və onun genişləndirilməsi haqda fikir mübadiləsi aparılıb.

Naxçıvan Dövlət Universitetində də görüş keçirilib. Görüşdə İKT sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması imkanları və bu prosesdə RİNN-in verə biləcəyi dəstəklə bağlı atılacaq konkret addımlar müzakirə olunub.

Səfər çərçivəsində Rəşad Nəbiyev Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalovla birlikdə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində olub, keçirilən məşq prosesini izləyib. Məşqdən sonra məşqçi və idmançıların fikirlərini dinləyib.

RESPUBLİKAXƏBƏR.AZ
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi