Sorğu
Оцените работу движка

17 İyl 17:30Olke

BAŞ REDAKTOR ELYAZ GÜLÜYEV VİLAYƏT EYVAZOVA ÜNVANLADIĞI TƏŞƏKKÜR MƏKTUBU

BAŞ REDAKTOR ELYAZ GÜLÜYEV  VİLAYƏT EYVAZOVA ÜNVANLADIĞI TƏŞƏKKÜR MƏKTUBU

Məktub

Baş redaktor Elyaz Gülüyevin adından yazılan və “Respublikaxeber.Az” saytında yer alan məktubda deyilir:

Hörmətli, Cənab Nazir!

Mən, Elyaz Gülüyev Xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi ilə bağlı rayonda görülən işlərlə tanış olmaqla yanaşı, eyni zamanda vətəndaşlarımza, polis əməkdaşlarımıza və Daxili Qoşunlarının hərbi qulluqçularına bu çətin günlərdə dəstək olmaq məqsədilə “Respublikaxeber.Az” portalı olaraq, əməkdaşlarımızla bərabər bir ay öncə Bakıdan Şəki şəhərinə ezam olunmuşduq.
Bunu xüsusi vurğulamaq istərdim ki, mən Şəki rayonunda yüksək səlahiyyətli dövlət strukturları tərəfindən vətəndaşlarımıza necə dəyər verildiyinin canlı şahidi oldum.
Belə ki, Rayon sakinlərimizin Polisdən razılığını, ona “çox sağolunu” mən DİN rəhbərliyinə-Sizə göndərdiyim məktubda bildirməyi özümə borc bildim.

Cənab Nazir!
Redaktor olaraq etiraf edim ki, Şəki Rayon Dövlət yol polisinin stasionar postlarında asayiş keşikçilərinin, Şəki Rayon Polis İdarəsi əməkdaşlarının işi, xidməti olduqca çox çətindir.
Onu da əlavə edim ki, mən 12-13 iyul tarixlərində Şəki rayonun Baş Layisqi və Qoxmuq adlı kəndlərində ezamiyyə müddətimdə araşdırmalarımın nəticəsində mənə məlum olan, həmin ərazidə Şəki Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin (PPX) əməkdaşlarının bir neçəsinin adlarını sizə təşəkkür üçün ünvanladığım məktubumda təqdim etməyim mütləqdir.
Belə ki, postda xidmət edən Post-Patrul Xidmətinin polis siravisi Arif Abdulrəhimovun, Şəki Rayon Polis İdarəsinin sahə rəisi, polis leytenantı Sərdar Məmmədovun və Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Mətləb müəllimin və onlarla bərabər əziyyətlərə qatlanan hərbiçi qardaşlarımızın səbri, dözümü, vətəndaşlarla xoş ünsiyyəti də diqqətimdən yayınmadı.
(Burada onu qeyd etməyimi vacib bilirəm ki, yuxarıda adlarını qeyd etdiyim əməkdaşların ad və soyadlarını özlərini vətəndaşlara təqdim etdikləri zaman oğurlaya bildim).
Sevindiricidir, deyilmi?
-Ona görə də düşündüm ki, cənab nazirə təşəkkür edim. Biz bəzən qarşılaşdığımız problemlərdən şikayətlənsək də onlarla bağlı rəsmi müraciət etməkdən çəkinirik. Çünki insanlarımız düşünür ki, şikayətlərə baxılmır. Halbuki dəfələrlə şahidi olmuşam ki, vaxtında edilən şikayətlərə mümkün qədər çevik və obyektiv reaksiya verilir.

Cənab Nazir!
Bildirməliyəm ki, Xalqımıza, dövlətimizə, dövlətçiliyimizə sədaqət və fədakarlıqla xidmət edən Daxili Qoşunların hərbi qulluqçuları və polis orqanlarının əməkdaşları qarşıya qoyulmuş tapşırıqları hər zaman uğurla yerinə yetiriblər.
Məqsəd koronavirus infeksiyasının yayılmaması, onun törədə biləcəyi fəsadların qarşısının alınması, məhdudlaşdırılma tədbirlərinin tam və hərtərəfli yerinə yetirilməsidir.
Sizə ünvanladığım təşəkkür məktubunda Polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştirakına görə və vətəndaşlara qarşı sərgilənən diqqətə və yüksək mədəni davranışa və köməkliyə görə DİN rəhbərliyinə və Şəki RPİ-nin əməkdaşlarına “Respublikaxeber.Az” baş redaktoru olaraq, öz minnətdarlığımı bildirirəm.

Cənab Nazir!
Bildirməliyəm ki, Şəki rayon Polis Şöbəsinin Rəisi Azər Muradov bizi səmimi qəbul etdiyinə, diqqətlə dinlədiyinə görə əməkdaşlarımız Rayon Polis Şöbəsinin rəhbərliyindən razılıq edir, müraciətinə operativ və tez bir zamanda baxılmasına görə təşəkkürünü bildirir.
Bu məqamı da xüsusi qeyd etmək lazımdır ki, Sakinlərinin sevimlisinə çevirilməyi bacaran Şəki Rayon İcra Hakimiyyətinin başçısı Usubov Elxan Zabir oğlunun xalqımıza göstərdiyi diqqət və qayğı vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.
Sizin tapşırığınızla görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, Şəki rayonunda koronavirus pandemiyası tam nəzarət altındadır. Halbuki dünyanın ən inkişaf etmiş ölkələrində virusa yoluxma və ölüm halları dəfələrlə çoxdur.
Əlbəttə, bu Sizin uzaqgörənliyinizin sayəsindədir. Sizinlə fəxr edirik.
Allah Sizə və ailənizə cansağlığı versin.
Mən bir “Respublikaxeber.Az” -ın baş redaktoru kimi, bu çətin Karantin dövründə vətəndaşlarımıza edilmiş maddi yardımlara və göstərdiyiniz qayğıya görə Sizlərə öz adımdan və rayon sakinlərinin adından təşəkkür edir, dərin minnətdarlığımızı bildiririk.
Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Bu yardımlar hazırki dövrdə neçə-neçə ailənin maddi sıxıntısını minimuma endirdi. Bütün bu işlər sizin vətəndaşlara diqqətinizin və insanların sağlamlığını hər şeydən üstün tutmağınızın, xalqımızla həmrəy olmağınızın bariz nümunələridir.
Allahdan bütün arzularınızın yerinə yetməsini və xalqımıza etdiyiniz yaxşılıqların əvəzini almağınızı diləyirəm.
Ulu Tanrı Sizi, yaxınlarınızı və bütün xalqımızı qorusun!

Cənab Nazir!
Bir daha bəyan edirik ki, Şəki rayonumuzun inkişafı, millətimizin xoşbəxtliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizədə daim Sizi dəstəkləyir və Sizinləyik. Hər şey üçün təşəkkür edirik!


Hörmətlə:
Elyaz Gülüyev,
Respublikaxeber.az” İnformasiya-Xəbər Portalının təsisçi və Baş redaktoru.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi