Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
14 İyl 12:11Olke
Türk dilli xalqların yeni tarixini yaradan şəxsiyyət : Rəcəb Təyyub Ərdoğan
Rövşən Qasımov
Azərbaycan – Türkiyə Əlaqələri Cəmiyyətinnin təşkilat qrupunun rəhbəri
Bu gün dünya xalqları arasında öz məninə qayıtma düşüncələri artmaqdadır. 600 ilə yaxın tarixi bir yol keçmiş türk xaqanlarının, sultanlarının və ən uzun ömürlü imperiyalardan biri olan Osmanlı inperiyasının dünya tarixindəki rolunu xəttini yeni dünya düzəninə uyğunlaşdırıb ortaya çıxaran Rəcəb Təyyub Ərdoğanın Türk dilli xalqların vahid düşüncə mərkəzinin yaradılmasındakı rolu danılmaz bir sübutdur.
XXI əsrin əvvəllərində böyük xalq sevgisi və coşqusu ilə hakimiyyətə gələn Türkiyə dövlətinin başçısı Ərdoğanın böyük siyasi hərəkətləri nəticəsində Türkiyə üçün yeni imkanlar yaranmasına səbəbkar oldu. Uzun illər Türkiyəni sionist düşüncə tərzi ilə idarə edən və Türk xalqlarının bir araya gəlib bir - birinə yaxınlaşmasına mane olan güclər Ərdoğanın bu istiqamətdə atdığı addımları heç cür qəbul etmək istəmədilər. Türkdilli xalqların bir - birinə yaxınlaşması istiqamətində Ərdoğanın etdiyi üğurlu cəhdləri görüb və həzm edə bilməyən qüvvələr uzun illər Türkiyənin Ordu sıralarında, xüsusi xidmət orqanlarında, məmur vəzifələrində yerləşdirdikləri əlaltılarına 2016 – cı ilin 16 iyul tarixində ayağa qalxıb xarici havadarlarının göstərişinə əməl etmələrini və Türkiyənin dövlət hakimiyətini çevirərək (necə ki , keçmiş tarixdə bunun şahidi olmuşuq) yenidən sionist düşüncə mərkəzinə qaytarmaları əmrini aldılar. Bu qüvvələrin başladıqları dövlət çevrilişi Türkiyə xalqının və Ərdoğanın böyük iradə və qətiyyəti nəticəsində darmadağın edildi. Hadisələr əks istiqamətdə cərəyan edərək sionist düşüncə mərkəzinə xidmət edib çevriliş etmək istəyənlər isə birdəfəlik Türkiyənin dövlət qurumlarından təmizlənərək bir çoxları da həbsə atıldı.
Qeyd olunan bu tarix 16 iyin 2016 cı il Türkiyənin sionist düşüncə mərkəzindən qurtulduğu gün kimi tarixin yaddaşına yazıldı. Eyni zamanda bu tarix dünyada yaşayan türk dilli xalqların yeni düşüncə mərkəzinin yaranması üçün bir başlanğıc oldu.Artıq Türkiyəni keçmişdə yönəldən mərkəzlər hər şeyin əvvəlki kimi olmayacağnı anladılar. Sonrakı vaxtlarda Türkiyyəyə qarşı apardıqları gizli ara qarışdıran siyasətləri ilə, bir çox cəhtlər göstərilsə də bütün addımlarının puç olduğunu görən güclər anlamağa başladılar ki, Türkiyyə keçmişin Türkiyyəsi deyil bu xalqın böyük tarixi keçmişi var.
Türkiyənin son illər dünya siyasətindəki böyük uğurlarını həzm edə bilməyən güclər hər dəfə də Ərdoğanın yeni sürpirizləri ilə qarşlaşırlar.
Ərdoğanın müraciəti əsasında bu günlərdə Türkiyə Ali məhkəməsinin verdiyi qərara əsasən 86 il müzey kimi fəaliyyət göstərən Ayasofiya tarixi ibadət yerinin yeni məsçid kimi faliyyət göstərməsi bu gün Türkiyənin öz düşüncə mərkəzinin olmasına subutdur. Çünki Ayasofiya tarixi ibadət yeri olan bu yer xristian dininə etiqad edən xalqların dövlətlərin həmişə diqqət mərkəzində olmuşdur. Ayasofiyanın yenidən məsçid kimi fəaliyyət göstərməsi xristian dini etiqada olan insanların müəyyən mənada bunu qəbul etməməsinin də şahidi oluruq.
Onu da xatırlatmaq istəyirik ki, 1454 – cü ildə İstanbulu fəth edən Fateh Sultan Mehmed kilsə kimi faliyyət göstətən Ayasofiyanın həmin vaxtdan məscid kimi fəaliyət göstərməsinə qərar vermişdi. 1934 – cü ildən başlayaraq muzey kimi fəaliyyət göstərən Ayasofiya tarixin bu günümüzə qədər özəlliklərini özündə saxlayır. Onu da bildiririk ki, artıq 2020- ci ilin 24 iyul tarixindən Ayasofiya məscid kimi fəaliyyət göstərəcək, buranın qapıları bu yeri ziyarət etmək istəyən hər bir şəxsin üzünə açıq olacaq.
Həqiqətən də bu gün Türk dilli xalqların öz düşüncə mərkəzinin yaradılmasında həm Türkiyənin, həmçinin də Ərdöğanın gördüyü işlər yüksək əzmkarlıqla davam etdirilir. Bu məsələlərdə Türk dilli xalqların dövlət başçıları da bu məsələlərə biganə qalmırlar. Onlar da vaxtaşıri görüşlər keçirib əlaqələrinin möhkəmlənməsi üçün yeni addımlar atırlar. Sözsüz ki, bu məsələlərdə müəyyən mənada yenə də sionist düşüncə mərkəzlərinin ürək bulandırıçı addımlarını seyr edirik.
Tariximizin yenə təkrar özünə qayıdış düşüncəsində Türk dilli xalqların yeni düşüncə mərkəzinin yaradılmasında özünü Türk dilli xalq adlandıran hər bir şəxsin öz baçarıq və gücünü ortaya qoymasında mənəvi haqqı və borcu vardır.
Yeri gəlmişkən, bu gün iki qardaş ölkə - Azərbaycan və Türkiyə faktiki olaraq, uzlaşan strateji siyasətlə birgə hərəkət edirlər. Hər iki ölkənin strateji müttəfiqliyi həm də Cənubi Qafqaz regionunda, Qara dəniz və Xəzər dənizi hövzələrində sabitliyin və təhlükəsizliyin qarantı statusu deməkdir.Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri çərçivəsində yaddaqalan və dövlətlərimiz arasında əlaqələrin inkişafına mənəvi bir töhfə sayılacaq məqamlardan biri də, heç şübhəsiz ki, Bakının Nəsimi rayonunda, Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında, Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsindəki parkda, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsinin açılışı oldu.
"Azərbaycanın kədəri - kədərimiz, sevinci -sevincimiz" - deyən Atatürkün ölkəmizdə möhtəşəm abidəsinin ucaldılmasını prezident İlham Əliyev yüksək qiymətləndirərək bunun ölkəmizin tarixinə bayram günü kimi yazılacağını da bildirmişdir: "Böyük Atatürkün abidəsinin Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində ucaldılması bugünkü günü tariximizə bayram günü kimi yazacaqdır. Bu, Türkiyə-Azərbaycan dostluğunun bayramıdır, birliyin bayramıdır. Bu, böyük öndərin xatirəsinə Azərbaycan xalqının qəlbindəki duyğuların ifadəsidir".
Azərbaycan paytaxtında belə bir abidənin ucaldılmasından son dərəcə məmnun olan prezident Rəcəb Tayyib Ərdoğan isə bir daha qeyd edib ki, Türkiyə-Azərbaycan əlaqələrinin bənzərsiz mahiyyəti var: "Hər ötən gün siyasi, hərbi, iqtisadi, mədəni, ticari - bütün sahələrdə bu əlaqə artaraq davam etməkdədir. Bundan sonar güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır”.
Bütün bunlar, ölkələrimiz arasında əldə olunan yeni razılışmalar, imzalanan müqavilələr bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da güclənməsi və möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər