Sorğu
Оцените работу движка

13 İyl 20:05Olke

PREZİDENT İLHAM ƏLİYEV HƏR ZAMAN ÖZ XALQININ, XALQ İSƏ ÖZ PREZİDENTİNİN YANINDADIR

PREZİDENT İLHAM ƏLİYEV HƏR ZAMAN ÖZ XALQININ, XALQ İSƏ ÖZ PREZİDENTİNİN YANINDADIR

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının (QH) sədri cənab İlham Əliyevin təşəbbüsü ilə QH-na üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökümət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklif edilmişdir. Bu təşəbbüs həm QH ölkələri, həm də digər BMT üzv dövlətləri tərəfindən dəstəklənmişdir. 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə etmişdir. TŞ-nin daimi üzvü Rusiya Federasiyası da həmin ölkələr sırasındadır.
İyulun 10-da Xüsusi Sessiya rəsmi olaraq başlayır.
BMT tarixində 31 Xüsusi Sessiya keçirilmişdir. Bunlardan yalnız üçü dövlətlər tərəfindən çağırılmışdır. Beləliklə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev öz önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atmışdır.
Vətəndaş olaraq hər birimiz cənab Prezidentimiz İlham Əliyevin atdığı bütün addımlarda və verdiyi bütün qərarlarda arxasındayıq. Elə dünənki abu-havada göstərdiki əli silah tutan hər kəs Ali Baş Komandanımızın əmrini gözləyir. Ali Baş Komandanımız əmr versin, torpaqlarımızı azad etmək üçün hər birimiz silaha sarılacağıq.
Prezident İlham Əliyev hər zaman öz xalqının, xalq isə öz Prezidentinin yanındadır.

Prezident İlham Əliyev hər zaman Öz xalqının, xalq isə Öz Prezidentinin yanındadır

Hazırda yaşadığımız ya da elə bütün dünya xalqları kimi tarix qarşısında imtahan verdiyimiz bu çətin günlərdə dövlətimizin hər bir vətəndaşına himayəsi və qayğısını, xalqımızın isə öz Prezidentinə dəstəyini və inamını ancaq bu şəkildə ifadə edə bilərik: Prezident İlham Əliyev hər zaman Öz xalqının, xalq isə Öz Prezidentinin yanındadır. Mətbuatda hər gün Azərbaycan Prezidentinə ünvanlanan çoxsaylı minnətdarlıq və təşəkkür məktublarına rast gəlirik. Bu məktubların məzmunu səmimi minnətdarlıq sözlərindən ibarət olmaqla həm də əsl qədirşünaslıq nümunəsidir. Qədirbilən Azərbaycan xalqı Prezident İlham Əliyevin sosial siyasətini ürəkdən dəstəkləyir, postkorona mərhələsi üçün aldığı iqtisadiyönümlü paket qərarları yüksək qiymətləndirir, Öz Prezidentini milli birliyin, dayanışmanın və həmrəyliyin simvolu kimi görür.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilmiş yeni növ koronavirus infeksiyasının (COVİD-19) sürətlə yayılaraq pik həddə çatması ciddi qlobal çağırışların meydana çıxmasını şərtləndirməklə yanaşı, bir çox ölkələrin sosial-iqtisadi problemlərlə üzləşməsinə səbəb olub. Hazırkı situasiya ondan ibarətdir ki, dövlətlər bütün zəruri resurslarını səfərbər etməklə bu təhdidlə mübarizə aparır, vəziyyətin daha acınacaqlı olmaması üçün mövcud imkanlardan maksimum istifadə edirlər. Lakin bir sıra ölkələrdə ümumi mənzərə qənaətbəxş hesab olunmur, mövcud vəziyyət postkorana erası üçün optimist proqnozlar ifadə etməyə imkan vermir.


Nəsimi rayon sakini
Quliyev Əyyub Allahverdi oğlu
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: