Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
13 İyl 14:38Olke
Vaqif Dərgahlı: “Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib”
“Azərbaycanın heç bir ərazi itkisi olmayıb. Düşmənin hücum cəhdinə adekvat cavab verilib”.
Oxu.Az-a istinadən Respublikaxəbər.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik Vaqif Dərgahlı iyulun 12-də erməni təxribatının baş verdiyi Azərbaycan-Ermənistan sərhədində vəziyyətə münasibət bildirərkən deyib.
O bildirib ki, iyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozublar:
“Ermənistan tərəfi iriçaplı silahlardan, minomyotlardan Azərbaycan Ordusunun yerləşdiyi mövqeləri atəşə tutub. Düşmənin fəaliyyətinin qarşısının alınması üçün komandanlıq tərəfindən qərar qəbul edilib və düşmənə adekvat cavab verilməsi üçün tədbirlər görülüb.
Ermənistan tərəfi təxribatını davam etdirmək məqsədilə bizim mövqelərimizə hücum etməyə cəhd edib. Lakin bu hücumun da qarşısı alınıb”.
V.Dərgahlı heç bir ərazi itkisinin olmadığını deyib:
“Bildirmək istəyirəm ki, Ermənistan silahlı qüvvələrinin təxribat xarakterli cəhdləri nəticə verməyib. Azərbaycanın heç bir ərazi itkisi yoxdur. Eləcə də, Azərbaycan Ordusu öz tutduğu mövqelərində dayanmaqda davam edir və düşmən tərəfə qarşı cəza tədbirləri həyata keçirilir.
Ermənistan tərəfi Azərbaycanın Tovuz rayonun Ağdam kəndində yerləşən postlarımızı, eləcə də yaşayış məntəqəsini atəşə tutub. Sakinlər arasında heç bir itki yoxdur. Xalqımız bilsin ki, Azərbaycan Ordusu öz mövqelərində xidmətini davam etdirir”.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi