Sorğu
Оцените работу движка

12 İyl 09:17Olke

FHN-in əməkdaşları bölgələrdə selin fəsadlarının aradan qaldırılmasına cəlb olunub

FHN-in əməkdaşları bölgələrdə selin fəsadlarının aradan qaldırılmasına cəlb olunub

Fövqəladə Hallar Nazirliyi sel sularından əziyyət çəkən bölgələrdə suçəkmə işlərinə başlayıb.
Respublikaxəbər.az nazirliyə istinadən xəbər verir ki, səhər saatlarından başlayaraq yağan intensiv yağışlar nəticəsində Gəncə şəhərinin, Şəmkir, Göygöl və Samux rayonlarının bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin, küçə və prospektlərin yağış suları ilə dolması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə çoxsaylı müraciətlər daxil olub.

Yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası yağış sularının dolduğu ərazilərə (Gəncə şəhərinin Kəpəz və Nizami rayonları, o cümlədən Gülüstan qəsəbəsi, Şəmkir rayonunun Könüllü kəndi, Samux rayonunun Alabaşlı qəsəbəsi, Göygöl rayonunun Qızılqaya qəsəbəsi və Üçtəpə kəndi) suçəkmə işlərinə cəlb olunub.
Hazırda suçəkmə işləri davam etdirilir və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi