Sorğu
Оцените работу движка

10 İyl 20:20Olke

Məhbuslar arasında koronavirusa yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

Məhbuslar arasında koronavirusa yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
“Məhbuslar arasında koronavirusa yoluxma halları qeydə alınıb”.
Oxu.Az-a istinadən Respublikaxəbər.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, test nəticələri müsbət olan iki nəfər TƏBİB-ə təhvil verilib:
“12 saylı cəzaçəkmə müəssisəsində 11 məhkum, 11 saylı cəzaçəkmə müəssisəsində beş məhkum, 4 saylı çəzaçəkmə müəssisəsində iki məhkumda koronavirusa yoluxma aşkarlanıb.
Onlardan iki nəfər qanunvericiliyin tələbinə uyğun olaraq, vaxtından əvvəl şərti olaraq azadlığa buraxılaraq, TƏBİB-ə təhvil verilib. Qalan şəxslərin izolyasiyası aparılıb”.
H.Hacıyev Penitensiar Xidmət orqanlarında da yoluxma hallarının olduğunu və bu vəziyyətin nəzarətə götürüldüyünü qeyd edib.



Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi